"Əlaqələr hər zaman inkişaf tempində olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əlaqələr hər zaman inkişaf tempində olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanla MDB təşkilatı arasında əlaqələr hər zaman inkişaf tempində olub. Müstəqil Dövlət Birliyinin əsas nizamnamələrindən olan Almatı bəyannaməsi ölkələrin ərazi bütövlüyü, suverenliyi əsas prioritet elan edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Praqa sammiti çərçivəsində də Ermənistan tərəfi məhz həmin bəyannaməni əsas tutaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Cənab Prezident İlham Əliyevin ötən gün Sankt Peterburqda MDB ölkələrinin qeyri formal sammitində iştirakı verilən mesajlar baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezident Putinlə görüş çərçivəsində regiondakı məsələləri müzakirə edib. Mütləq ki, ölkə başçısı Xankəndi yolunda baş verən etirazlarda Azərbaycanın mövqeyinin qəti olduğunu bildirib. Bakı-Moskva xəttində önəmli fikir ayrılığı olsa da, ikitərəfli görüşdə ortaq qərarın verilməsi gözlənilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə