İki sevən gəncin toyudur bu gün,
Ceyhunla Elmira murada çatır.
Həyatda xoşbəxtlik günüdür ömrün
Allah səadətin qapısın açır
Onların evinə göydən nur saçır.
"Qolden Rinq"dədir əziz toy məclisi
Möhtəşəm salonda nəhəng izdiham.
Qəlblərə ruh verir musiqi səsi,
Məclis əhlinə böyük ehtiram
Bəy gəlinə sadiq, əmanət, inam.
Dostlar, qohumlar şadyanalıqda,
İstəklər çeşidli, arzular bitmir
Hamı sevinclidir bu qonaqlıqda.
Toy elə gündür ki, yaddaşdan itmir
Xoş niyyətlə mübarəkdir toyumuz!!!
Ofeliya Mürsəlqızı
ADPU-nun sabiq baş müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB