Avropa Parlamentində korrupsiya işi – erməni izində yeni təfərrüatlar! SİYASİ ARAŞDIRMA+ÖZƏL
Daha iki ölkənin adı çəkilir: yaxınlarda açıqlanacaq
Avropa Parlamentində ifşa olunan korrupsiya faktı get-gedə növbəti və daha geniş məcralara doğru yönəlməkdədir. Bundan əvvəl sübuta yetirilmişdi ki, korrupsiya faktında erməni izi var. Daha dəqiq desək, bu iz bilavasitə Belçika polisi tərəfindən həbs edilmiş avroparlamentin sədr müavini, əslən yunan olan Yeva Kaylinin Yunanıstanda yaşayan və almaz milyarderi kimi tanınan erməni iş adamı Kaspar Karapetyanla sıx əlaqələrinə qədər gətirib-çıxarıb. SİA dekabrın 20-də mövzu ilə bağlı geniş təfərrüatlara varmışdı:
https://sia.az/az/news/politics/1009815.html
Lakin sözügedən korrupsiya qalmaqalının növbəti tərəfləri də gün işığına çıxmağa başlayıb. Xatırladaq ki, Avropa Parlamentinin tarixinə qara və silinməz ləkə vuran bu olay dekabrın 9-da Brüsseldə başlanmışdı və beş nəfər şəxsin həbsi ilə nəticələnmişdi. Məsələ ondadır ki, etibarlı və kifayət qədər məlumatlı mənbələrə istinad edən Azfront teleqram kanalının yaydığı daha bir məlumat da şok doğurur. Ukraynanın diplomatik dairələrində fəaliyyət göstərən məlumatlı mənbəyə görə, bəlli olub ki, Yeva Kayli daha iki dövlət nümayəndələrindən iri məbləğdə rüşvət alıb. Bu haqda dekabrın 19-da məlumat verilib.
Digər tərəfdən, dekabrın 16-17-də Belçikanın “Brussels Morning” və Fransanın “Le Monde” nəşrləri elan etmişdilər ki, korrupsiya qalmaqalında Mərakeşin də rəsmi şəxslərinin adları yer ala bilər. Bu baxımdan, ukraynalı mənbə istisna etməyib ki, yaxın günlərdə sözügedən iki dövlətin adları geniş ictimai rəyə çatdırılacaq.
Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, Yunanıstanın “Mega TV”nin məlumatına görə, aparılan istintaq araşdırmalarına görə, şübhəlilər arasında nə az, nə çox – düz 60 nəfər avroparlament deputatlarının adları hallanır!
Həmçinin, Avropa Parlamentinin həbs olunmuş sədr müavini Yeva Kayli korrupsiya işində qiymətləri müəyyən edən və kassir rolunu oynayan fərd olaraq fəaliyyət göstərib. Onun əldə edilən qanunsuz gəlirləri avroparlamentin digər korrupsioner deputatları. Deputat köməkçiləri və məsləhətçiləri arasında bölüşdürdüyü bildirilir. Bütün bunlar öz yerində, amma Kaylinin əsas olaraq erməni lobbisi ilə sıx iş birliyində olması da diqqət mərkəzində qalmaqdadır. Bundan əvvəlki məlumatımızda da qeyd etmişdik ki, Yeva Kayli həbsinə qədər Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olub. Həmin qrup isə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Bu təşkilatın prezidenti isə ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.

Daha bir məqamı da xatırladaq ki, Kayli müxtəlif dövrlərdə və xüsusilə Karapetyanın arzusu ilə ondan aldığı iri məbləğdəki rüşvətlər və bahalı hədiyyələr qarşılığında avrodeputatların qrup halında imzaladıqları və “Azərbaycanın Ermənistana qarşı aqressiya törətməsi” ittihamını əks etdirən bəyanatının yayılmasının əsas təşəbbüskarı kimi tanınıb.
Son olaraq xatırladaq ki, 2022-ci ilin 4 may tarixində Yeva Kayli Brüsseldə Ermənistan parlamentinin radikal “Daşnaksyutun” partiyasının deputatı Xaçaturyanla görüşüb. Bu görüşdən əvvəl isə onun Kaspar Karapetyanla görüşü baş tutub. Kaspar Karapetyan isə yaxın dostu və siyasi həmfikri olan daşnakçı deputat Xaçaturyanın Brüsselə səfərini maliyyələşdirib, tez-tez Avropa ölkələrinə gəlməsinə şəraitlər yaradıb.
O da məlum olub ki, EAFJD təşkilatının rəhbəri, milyarder Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, “Daşnaksyutun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlər keçirməsi, habelə onların radikal iş üslublarını dəstəkləyib. Karapetyanın əsasən adıçəkilən partiyanın beynəlxalq əlaqələr katibliyinin rəhbəri Manoyanla sıx əlaqələri mövcud olub. Bu kimi görüşlərdə erməni lobbisinin dəstəyini qazanmaqdan ötrü Yeva Kaylinin sıx şəkildə Avropa ölkələrində fəaliyyət göstərən erməni lobbi mərkəzləri ilə mütəmadi məsləhətləşmələr apardığı da məlumatlar sırasındadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə





USD
EUR
GBP
RUB