"Beynəlxalq birlik Azərbaycanlı fəalların tələblərini yerinə yetirmir" - POLİTOLOQ DANIŞDI

"Beynəlxalq birlik Azərbaycanlı fəalların tələblərini yerinə yetirmir" - POLİTOLOQ DANIŞDI

“Hər kəsə bəllidir ki, Azərbaycanın təbii sərvətlərinin talanması prosesində separatçılar tək başına iştirak etmir. Onlar xarici havadarlarının dəstəyi ilə Qızılbulaq və Dəmirlidə təbii sərvətlərimizi talan edirlər. Artıq 15 gündən çoxdur ki, Laçın yolunda yüzlərlə Azərbaycan fəalı qanunsuzluqlara qarşı öz haqq səsini ucaldırlar. Lakin təəssüflər olsun ki, beynəlxalq birlik bu günə qədər obyektiv davranıb, Azərbaycanlı fəalların tələblərini yerinə yetirmirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, cənab Prezident 24 dekabrda Laçın yolunda baş verən proseslərin mahiyyətini də həm daxili auditoriya, həm də dünya ictimaiyyəti üçün izah etmiş oldu: “Hazırda Azərbaycanın qanuni ərazilərində Azərbaycan ekologiyasına qarşı cinayət hadisələri baş verir. Ölkə başçısı da bunu bir daha publikanın diqqətinə çatdırdı. Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan ərazilərində baş verən beynəlxalq hüquqi cinayətdir. Buna cavabdeh olan hər kəs mütləq hüquq qarşısında cavab verəcək. Ölkə Prezidentinin bu mesajından sonra hesab edirəm ki, baş verən hadisələrin əsas mahiyyəti hər kəsə aydın olmalıdır. Təəssüflər olsun ki, bu gün həmin aksiyalar ətrafında süni siyasi şou yaratmağa çalışan qlobal güclər Azərbaycan ekoloqlarının günlərdir davam edən aksiyalarına heç bir reaksiya bildirmir ki, bu da növbəti dəfə ədalətsizliyin, siyasi ikiüzlülüyün göstəricilərindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə