"Təklif edirəm ki, Milli Məclis Böyük Qayıdışla bağlı bir sənəd qəbul etsin" - FƏZAİL AĞAMALI

"Təklif edirəm ki, Milli Məclis Böyük Qayıdışla bağlı bir sənəd qəbul etsin" - FƏZAİL AĞAMALI

“Dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə Prezident İlham Əliyevin tarixi görüşü keçirildi. Görüş zamanı cənab Prezident Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsini ortaya qoydu. O, Qərbi Azərbaycanın tarixi ərazi olduğunu bütün dünyaya əsaslandırdı”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Ermənistan onu müdafiə edən güc mərkəzlərinin sayəsində ərazilərimizi işğal etmişdi: “İndi isə vəziyyət dəyişib. Cənab İlham Əlyev nəinki işğala son qoydu, həm də Ermənistanın çökməsi prosesini sürətləndirdi. Biz həmin torpaqlara əbədi qayıdacaq və orada yaşayacağıq.

Təklif edirəm ki, Milli Məclis Böyük Qayıdışla bağlı bir sənəd qəbul etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə