İsrail F-35 qırıcıları ilə bağlı araşdırmalara başlayıb

İsrail F-35 qırıcıları ilə bağlı araşdırmalara başlayıb

İsrail F-35 döyüş təyyarələri ilə bağlı araşdırmalara başlayır. ABŞ-da F-35 qəzaya uğradıqdan sonra təyyarədə səhvlər yoxlanılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dekabrın 15-də ABŞ-ın Texas ştatında eniş zamanı F-35-in qəzaya uğramasından sonra Vaşinqton xəbərdarlıq edib, İsrail hərəkətə keçib. İsrail, əlində olan 33 F-35 döyüş təyyarəsindən 11-nin yoxlanılacağını açıqlayıb. Bu təyyarələrin yedəklə anqara aparıldığı açıqlanıb, digər 22 təyyarənin niyə müayinə olunmadığı barədə məlumat paylaşılmayıb. İyul ayında ABŞ və İsrail F-35-lərin buraxılış sistemlərində yaranan problemə görə bütün təlim uçuşları dayandırmışdı.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə