Rusiyanın Ukraynaya qarşı müharibəsi 2022-ci ildəki təsirləri ilə bütün dünyaya damğasını vursa da, Türkiyənin müharibə zamanı sülhü təmin etmək üçün göstərdiyi vasitəçilik səyləri təqdir edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə 10 aydan artıqdır ki, davam edir.
Fevralın 24-ü səhər tezdən Putin televiziya ilə "Ukraynada xüsusi hərbi əməliyyata" başladıqlarını elan etdi. Beləliklə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başladı. Rus əsgərləri Ukraynaya 3 tərəfdən daxil oldular. Rusiya hərbi birləşmələri Ukraynanın Donetsk və Luqansk vilayətlərinə Kiyev administrasiyasının nəzarətində olan bölgələrə, eyni vaxtda Rusiya sərhədindən Xarkov, Sumi və Çerniqov bölgələrinə, Belarus üzərindən də Çernobıl bölgəsinə daxil olub. Krım üzərindən Xerson və Melitopol bölgələrinə qoşun yeridən rus ordusu Kiyevi mühasirəyə alaraq oraya havadan və qurudan qoşun yeritdi. Fevralın 28-də Rusiya ordusu nüvə və hipersəs silahları da daxil olmaqla strateji çəkindirici qüvvələrini xüsusi döyüş missiyasına qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB