“Rusiya sülhməramlılarının Xankəndi yolundan çəkilməsi ehtimal ki, tərəflər arasında yüksək instansiyada əldə edilmiş razılıqların nəticəsidir, digər tərəfdən vəziyyətin eskalasiyası Rusiyanın da maraqlarına cavab vermir. Bununla belə Qarabağda məlum yataqlar ətrafında monitorinqin aparılması Rusiya sülhməramlılarının bu proseslərə nəzarəti altında mümkündür.” Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, hazırda Xankəndidə Vardanyanın təşəbbüsü və maliyyə dəstəyi ilə keçirilən mitinqlər erməni tərəfinin təxribata getmək üçün müxtəlif vasitələrdən imtina etməyəcəyini göstərir: “Hadisələrin arxasında Qarabağ separatçı rejimin, buranın dövlət naziri postuna yiyələnmiş Vardanyanın fərqli korporativ maraqlarının olmasına baxmayaraq Qarabağın yaxın perspektivdə Azərbaycanın yurisdiksiyasına keçməməsi üçün onların, habelə onlara himayədarlıq edən bəlli tərəflərin maraqları birdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB