“Rus sülhməramlıları və bu gün ermənilərə havadarlıq edənlər unutmasınlar ki, …” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Rus sülhməramlıları və bu gün ermənilərə havadarlıq edənlər unutmasınlar ki, …” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Rusiya sülhməramlılarının özbaşınalığı və öz vəzifə səlahiyyətlərinin icra etməməsi ekoaktivistləri və ictimaiyyətin nümayəndələrini Laçın-Xankəndi yolunda aksiyaların keçirməsinə vadar etdi. Əgər sülhməramlılar 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatı rəhbər tutaraq öz fəaliyyətlərinə başlasa və bu bəyanatın 4,6,7 və 9-cu bəndlərinin icrasına çalışsaydılar, Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə özbaşınalıqlar və milli sərvətlərimizin talanması baş verməzdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları və bu gün ermənilərə havadarlıq edənlər unutmasınlar ki, Üçtərəfli Bəyanat ancaq Azərbaycan üçün imzaılanmayıb: “Azərbaycan tərəf kimi öz öhdəsinə düşən vəzifələri vicdanla yerinə yetirib. Sülhməramlıların yarıtmaz fəaliyyəti Qarabağın dağlıq ərazisində məskunlaşmış separatçıların silahlanmasına və bu gün yenidən müharibə ritorikası ilə danışmaqlarına yol açıb”.

Azər Badamov sözlərinə belə davam edib: “Təbii ki, aksiyalarımız davamlı olmalı və qarşısına qoyulmuş məqsədlər realllaşana qədər davam etməlidir. Aksiyanın məqsədi Qarabağda humanitar problemlər yaratmaqda deyil, əksinə bu ərazilərdə davam edən özbaşınalıqlara və cinayətlərə son qoydurmaqdır.

Dünən Xankəndində yığılmış separatçı yığıncağını da keçirdiyimiz aksiyalarımızın müsbət nəticəsi kimi qeyd edə bilərəm. Orada yaşayan sadə ermənilər Azərbaycan dövlətinin bayrağı altına keçmək istəyirlər. Amma Xankəndində peyda olunmuş Ruben Vardanyan özündən böyük danışaraq yenidən müharibə edəcəyini bəyan edir. Belə açıqlamaları vaxtilə Paşinyan və Ermənistanın keçmiş müdafiə naziri də ifadə etmişdi. Nəticədə isə bizi silaha əl atmağa məcbur etdi və 44 gündə düşmənin dizini yerə vurdurduq.

Hesab edirəm ki, Vardanyanın açıqlamaları da yenidən bizi Xankəndində antiterror əməliyyatı keçirməyimizə vadar edir. Bu əməliyyatı nə qədər tez reallaşdırsaq, vardanyanların torpaqlarımızda separatçılıq fəaliyyətinin kökünü də o qədər də tez kəsmiş olarıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə