Anna Akopyan: “Biz uşaqların arxasında gizlənməyə son qoymalıyıq”
Qarabağ separatçılarının Xankəndidən Laçın yoluna tərəf gedərək Rusiya sülhməramlı kontingentindən yolun açılmasını tələb etmələri, eləcə də müxtəlif sosial şəbəkə mənbələrində silahlı müqavimət göstərəcəkləri ilə bağlı çağırışlar etmələri, bununla yanaşı öz kirli oyunlarında azyaşlı uşaqlardan istifadələri nə qədər qəribə görünsə də, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın etirazı ilə müşahidə olunub.
Özünün feysbuk səhifəsində “Biz uşaqların, 18-20 yaşlı əəsgərlərin arxalarında gizlənməyə son qoymalıyıq”, yazan Akopyan onu da bildirib ki, separatçılar yeni illə bağlı bəzədilmiş şam ağaclarının qarşısında uşaqları əyləndirmək yerinə onların əllərinə şüarlar verirlər. Üstəlik, siyasi məqsədlərlə istifadə edilən uşaqlar vasitəsi ilə dünyaya yazıqlıq nümayişi etdirilir. “Onlar çadırların sökülməsi üçün (Laçın yolundakı ekoaksiyanı nəzərdə tutub) dünya qarşısında yazıq görünmək məqsədi ilə uşaqların şəkillərini dünyaya yayırlar”, deyə Paşinyanın arvadı bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB