"Rusiya Azərbaycan XİN başçılarının görüşündə bu məsələlər müzakirə olunacaq" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ AÇIQLADI
"Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin olacaq görüşündə Rusiya ilə Azərbaycanı maraqlandıran bir çox məsələlər müzakirə olunacaq. Onlardan ən vacibləri Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi, regionda vəziyyət, digər strateji məsələlər, bundan sonrakı əməkdaşlığın perspektivləri, yeni hədəflərdir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.
Onun sözlərinə görə, müzakirələr içərirində Laçın-Şuşa yolunda azərbaycanlıların aksiyası da xüsusi yer alacaq: " Çünki Azərbaycanda vətəndaş cəmiyyəti haqlı olaraq etiraz bildirir. Onlar ekoloji terrora yox deyir.
O cümlədən, rus sülhməramlılarının öz mandatlarından kənara çıxması məsələsi də müzakirə olunacaq. Onlar başqa xalqları bu əraziyə buraxaraq, öz vətəndaşlarımıza maneə olurlar. Düşünürəm ki, bu məsələlər də müzakirə olunacaq.
Biz bu aksiyalarla gücümüzü hamıya göstərdik. Bizim ərazilərimizdə öz vətəndaşlarımızın manitorinq etməsini heçkim məhdudlaşdıra bilməz".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB