YAP Nərimanov rayon təşkilatında Şuşa ilinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Nərimanov rayon təşkilatında Şuşa ilinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Şuşa şəhərinin 270 illik yubileyi və Şuşa ilinə həsr olunmuş Şuşanın azad olunmasında şücaət göstərmiş Vətən müharibəsi qazilərilə gənclərin görüşü keçirilib.Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Vətən müharibəsi qəhrəmanları, Xüsusi Təyinatlı Qüvvələrin zabitləri olmuş İlham Əliyev, Şahin Camallı, təşkilatın əməkdaşları və fəal gənclər iştirak ediblər . Görüşdə ilk öncə Azərbaycan Respubkikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Samir Vəliyev qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. S.Vəliyev şəhid və qazilərin tələbələr, gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən bəhs edib. 44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan təşkilat sədri azad olmuş torpaqlarda aparılan böyük quruculuq işlərindən də söz açıb. Samir Vəliyev çıxışının sonunda tədbirdə iştirak edən qazilərə minnətdarlığını bildirərək onlara ən xoş arzularını çatdırıb.Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunub. O qeyd edib ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur.Millət vəkili ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət ayrıldığını qeyd edərək qəhrəman qazilərimizlə keçirilən görüşün xüsusi önəm daşıdığını vurğulayıb. Hikmət Babaoğlu həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Daha sonra tədbirdə Vətən müharibəsi qaziləri, Xüsusi Təyinatlı Qüvvələrin zabitləri olmuş İlham Əliyev və Şahin Camallı çıxış ediblər. Onlar keçdikləri döyüş yolundan, rəşadətli ordumuzun gücü sayəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi, xüsusilə dogma Şuşamızın düşmən işğalından azad edilməsi, ordumuz tərəfindən bu yolda göstərilən şücaətdən geniş bəhs edərək, müharibə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirdə gəncləri maraqlandıran suallar qazilər tərəfindən ətraflı cavablandırılıb. Sonda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi qəhrəmanlarına xüsusi hədiyyə və Fəxri fərmanlar təqdim olunub və xatirə şəkli çəkilib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsi qazisi Əliyev İlham İbrahim oğlu “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi Xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, qazi Camallı Şahin Faiq oğlu “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə