Qubada şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib

Qubada şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib

Dekabrın 22-də Quba rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və "Vətən naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə respublikamızın tanınmış incəsənət ustalarının və rayonun mədəniyyət işçilərinin ifasında musiqi nömrələri səsləndirilmiş, rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin övladlarına bayram hədiyyələri təqdim edilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə