Xankəndi-Laçın yolunda təşkil edilən dinc aksiyanın on birinci günü etirazçılar gecə saatlarında plakat qaldırıblar. SİA-nın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları plakatlarda rus və ingilis dillərində yazılmış “Ekoterrora son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekocinayətə son” şüarlarını səsləndiriblər.
Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.
Aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB