“Aksiyalar tələblərimiz yerinə yetirilənə kimi davam etməlidir” AÇIQLAMA
“Azərbaycanın ekofəallarının Laçın yolunda təşkil etdiyi aksiya artıq 10 gündür ki, davam edir. Bu müddət ərzində tələblərimiz dəyişməz olaraq qalır”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin nəzarətində olan ərazilərimizdə ekoloji fəlakətlərə yol açan qanunsuz fəaliyyətlərə dərhal son qoyulmalıdır. Azərbaycan nümayəndə heyətlərinin bu ərazilərdə ekoloji monitorinq aparılması istiqamətində yaradılan süni əngəllər ortadan qaldırılmalıdır. Lakin haqlı tələblərimizə hələ də adekvat cavab ala bilməmişik. Sanki prosesi uzatmaqla kimlərsə nələrəsə nail olmaq istəyir. Dünyadakı erməni lobbisinin saxta "harayları" fonunda ayrı-ayrı dövlətlərdən müəyyən ikili standartlara əsaslanan bəyanatların şahidi oluruq. Halbuki, həmin dövlətlər yalnız erməni yalanlarının əsasında yayılan xəbərləri əsas tutaraq bu cür fikirlər səsləndirirlər. Lakin heç bir qüvvə, heç bir bəyanat Azərbaycanın ərazi bütövlüyünün bərpası, separatçılığa son qoyulması, ekoloji terrorun dayandırılması və rus hərbçilərinin nəzarətində olan ərazilərimizdə nəzarətin tamamilə təmin edilməsi ilə bağlı mövqeyini, iradəsini sarsıda bilməz. Bu səbəbdən aksiyalar tələblərimiz yerinə yetirilənə kimi davam etməlidir. Əgər yaxın günlərdə ekoloji terrora son qoyulması ilə bağlı tələblərimiz yenidən yerinə yetirilməzsə, onda aksiyaların miqyası daha da böyüməli və tələblərimizin siyahısı daha da genişləndirilməlidir. O zaman bizi Laçın yolunu bağlamaqda ittiham edənlər Azərbaycan dövlətinin və xalqının sona qədər gedəcəyini anlayacaq və çağırışlarımıza diqqət yetirmək məcburiyyətində qalacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB