Trüdo-Makron arasındakı səmimi münasibətlər gündəm oldu? FOTOSESSİYA
Bəzi Avropa informasiya mənbələri və çoxminli izləyiciləri olan sosial şəbəkə seqmentləri son günlər gündəmə kifayət qədər maraq doğuran məsələyə toxunmağa başlayıblar. SİA xəbər verir ki, söhbət Kanadanın baş naziri Castin Trüdo ilə Fransa prezidenti Emmanuel Makronun zaman-zaman həddini aşan səmimi münasibətlərindən gedir.

Məhz paparatsilərin fotoobyektivlərinə tuş gələn görüntülər avropalı auditoriyalar arasında çoxsaylı müzakirələrə səbəb olmaqdadır. Qeyd edilir ki, hər iki ölkə başçısının münasibətləri dostluqdan da aşırıdır və Avropanın ictimai rəyində müəyyən suallar doğurmaqdadır.

Həm Trüdonun, həm də Makronun beynəlxalq LGBT şəbəkələrinə göstərdikləri ciddi dəstəkləri və hətta ayrı-ayrılıqda maliyyə yardımları göstərmələri isə sözügedən müzakirələrin artması ilə müşahidə olunur.

Daha bir maraqlı məqam Avropa nəşrlərində Trüdo və Makronun münasibətlərinin cizgi rəsmlərinin artmasıdır.
SİA əldə edilən səmimi fotoları və cizgi rəsmlərini təqdim edir:


.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB