BMT BMT-likdən çıxıb... HİDDƏT+AKTUAL

BMT BMT-likdən çıxıb... HİDDƏT+AKTUAL

Yaxud, niyə azərbaycanlılar beynəlxalq aləm tərəfindən Azərbaycanın suveren əraziləri kimi tanınan torpaqlara səfər etmək hüququna malik deyillər?

Tövsiyə edirik... Çağırırıq... Səsləyirik... Qeyd şərtsiz və s... Ötən gün Ermənistanın böyük bacısı Fransanın dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasında Şuşa-Laçın-Xankəndi yolu ilə bağlı dinləmələr keçirildi. Nəticədə Fransadan, ABŞ-dan, Böyük Britaniyadan, Braziliyadan, Keniyadan, Meksikadan, Norveçdən, İrlandiyadan, Hindistandan olan nümayəndələr “Laçın yolunun dərhal açılması” ilə bağlı çağırış etdilər. BƏƏ və digər ölkələr isə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahatlıq keçirdiklərini bildirərək Bakı və İrəvan arasındakı fikir ayrılıqlarını diplomatik vasitələrlə həll etməyə dəvət ediblər.

Bu, gerçəyə qalanda ikili standartlar da deyil, riyakarlıq və yumşaq ifadə etsək siyasi bədnamlıq və qəsddir!

Bütün bunlar öz yerində və əslində, reallığa qalanda hər kəs nəyin-necə olduğunu çox yaxşı bilir. Sadəcə, belə bir məqamda düşündürücü sual yaranır – məgər bu həmin BMT TŞ deyilmi ki, ötən gün ölkəmizə qarşı çağırışlar, tələblər irəli sürülərkən Azərbaycanın torpaqları 30 il işğala məruz qaldığı bir zamanlarda Ermənistanın işğalçılıq siyasətinə son qoyulması məqsədi ilə məhz həmin toplantı salonunda (!) məlum və yerinə yetirilməyən dörd qətnamə qəbul olunmuşdu?!

Yaxud, ötən gün “ağıllı tövsiyələr” verən, bu da azmış kimi “qeyd-şərtsiz tələblər” irəli sürən həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımırlarmı? Və ya tanıyırlarsa nəyə görə Azərbaycanın özünün işğaldan azad etdiyi ərazilərindəki özbaşınalıqlara, işğal faktının davamına dolayısı ilə dəstək göstərirlər? Bu, gerçəyə qalanda ikili standartlar da deyil, riyakarlıq və yumşaq ifadə etsək siyasi bədnamlıq və qəsddir!

Təkcə bu fakta diqqət yetirək:

44 günlük müharibədən sonra, yəni Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin ardınca qəbul edilən üçtərəfli bəyanatdakı bəlli bəndlərə birtərəfli olaraq Ermənistan tərəfindən riayət olunmur. Hətta müharibə başa çatsa belə erməni silahlıları tərəfindən ərazilərimizdə minalar basdırılır, insanlar həlak olur, ekologiyamız – flora və faunamız məhv edilir, tarixi abidələrimiz ciddi təhlükələr altında qalır. Bu da son deyil. Cəmi 10 gündür ekoloqlarımızın faydalı qazıntı yataqlarında monitorinqin keçirilməsini tələb etmələri və bu məqsədlə Laçın yolunda aksiya keçirmələri “əzabkeş” və “məzlum” erməni hay-şivəni ilə müşahidə olunur ki, guya Xankəndi ilə çöl dünyanın əlaqəsi “tamamilə kəsilib” və oradakı insanlar “humanitar fəlakət” qarşısında qalaraq “ölürlər” (???!!!)

Halbuki, kifayət qədər video və fotofaktlar erməni hay-şivəninin reallığı əks etdirmədiyini isbatlayır. Bütün humanitar yüklər – qida, ərzaq, dərman və s. Laçın yolundan rahat şəkildə keçir və eyni zamanda, Xankəndi-Gorus-İrəvan istiqamətində də təcili tibbi yardım maşınlarının keçidinə imkan və şəraitlər yaradılır. Beləliklə, bu gün BMT-nin divarları arasında “narahat olanlar” həmin faktları öz gözləri ilə də gəlib müşahidə edə bilərlər, əlbəttə ki, bu qədər narahatdırlarsa. Hər halda həmin ölkələrin Azərbaycanda səfirlikləri mövcuddur...

BMT-dəki “başbilənlər” tərəfindən 30 il (!!!) əvvəl Xankəndidən çıxan və öz evinə gedə bilməyən azərbaycanlıların dərdinə niyə şərik çıxılmır?

(Fotoda: 30 ildir öz evinə gedə bilməyən azərbaycanlı Xankəndi sakini)

Biz üç onilliklər boyu torpaqlarından, dədə-baba yurdlarınan ayrı qalmış və beynəlxalq aləm tərəfindən lazımi qiymət almamış azərbaycanlıların itirilmiş hüquqlarının bərpasını qoyuruq bir tərəfə. Amma bununla yanaşı, daha bir sual veririk – BMT-dəki “başbilənlər” tərəfindən 30 il (!!!) əvvəl Xankəndidən çıxan və öz evinə gedə bilməyən azərbaycanlıların dərdinə niyə şərik çıxılmır? Halbuki, Azərbaycana tərəf şər atma siyasətini tətbiq etməklə İrəvan hansı üstünlük əldə edəcəyini düşünür? Yaxud, BMT-də 30 ildir Xankəndiyə gedə bilməyən azərbaycanlılarla 10 gündür oraya gedə bilməyən ermənilər arasındakı fərqi dərk edən yoxdurmu? Axı Azərbaycan dəfələrlə bəyan edib ki, İrəvanda qalan uşaqlar rahat şəkildə Laçın yolu ilə öz evlərinə geri dönə bilərlər və onlara heç bir maneələr yaradılmayacaq. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan daim humanizm prinsiplərinə əsaslı şəkildə riayət edir və insanlıq amilini öndə tutur!

Onlar erməni separatçılığına və terrorçuluğuna rəsmi qaydada dəstək göstərirlər, əl çalır və alqışlayırlar!

Ona görə də Fransadan, ABŞ-dan, Böyük Britaniyadan, Braziliyadan, Keniyadan, Meksikadan, Norveçdən, İrlandiyadan, Hindistandan və s. olan BMT nümayəndələri Azərbaycana tərəf “Laçın yolunun dərhal açılması” ilə bağlı çağırış edərkən, tələblər irəli sürərkən gözlərini daha geniş açmaqla bu həqiqəti də dərk etsinlər. Yox, əgər həqiqəti etmirlərsə, ya da etmək istəmirlərsə bunu açıq ifadə etsinlər ki, onlar erməni separatçılığına və terrorçuluğuna rəsmi qaydada dəstək göstərirlər, əl çalır və alqışlayırlar!

Bu, eyni zamanda daha bir amili önə çıxarır : məlum “tələbkar” BMT-çilərin qeyd edilən çağırışları azərbaycanlıların Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan istənilən ərazilərinə səfər etmək hüquqlarının olmadığını göstərir (?!) Məgər belə çıxmırmı..?!

Separatçılar Ermənistanın vasitəsi ilə beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınan torpaqlarda talançılıqla, terrorçuluqla, təbiətə ziyan vurmaqla, minalar basdırmaqla, insanlarımızı öldürməklə fəaliyyətlərini davam etdirəcəklər, Azərbaycan isə buna qarşı çıxanda BMT TŞ kürsülərində oturan “ağıllılar” çağırış edəcəklər ki, Azərbaycanın öz ərazilərində baş verən cinayətlərə qarşı çıxmasına hüququ-filanı yoxdur (???!!!) BU, GERÇƏK BİR ABSURDDUR! Ya da BMT artıq BMT-likdən çıxıb. Belədirsə, onda bir zəhmət, həmin çağırış sənədlərini BMT-nin ayaqyolunda istifadə etsinlər. Deyilənə görə, dünyada möhkəm kağız qıtlığı yaşanır...

Rövşən RƏSULOV

P.S. BMT-dəki "başbilənlər" onu da unutmasınlar ki, bu gün onlar vaxtilə qəbul etdikləri dörd qətnaməni icra etməyən işğalçı Ermənistanın başına sığal çəkirlər...

Bütün xəbərlər Facebook səhifəmizdə