"Qadının işsizlik və iqtisadi həyatdan kənara çəkilməsi onun ailəsinə də yansıyır" - FAZİL MUSTAFA

"Qadının işsizlik və iqtisadi həyatdan kənara çəkilməsi onun ailəsinə də yansıyır" - FAZİL MUSTAFA

"Məişət zorakılığının törədilməsinin əsas səbəbi bizim mentalitetlə bağlı olan dəyərlərimizdir. Bu, həm də qadının məşğulluq problemləri ilə bağlıdır. Həmçinin, qadının işsizlik və iqtisadi həyatdan kənara çəkilməsi onun ailəsinə də yansıyır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, qadının iqtisadi müstəqilliyinin aşağı olması boşanma hallarına səbəb olur: "Mən yalnız qadınların məktəbdə direktor və rəhbər vəzifələrdə olmasını yüksək qiymətləndirmirəm. Çünki demək olar ki, burada bir nəfər belə kişi yoxdur.

Digər vacib problem isə ölkədə narkomanların əksəriyyətini həbsxanaya göndəririk. Çünki bununla bağlı reablitasiya mərkəzləri yoxdur.

Həmçinin, yardıma ehtiyac olanlar üçün də sığınacaq yoxdur. Bizdən qat-qat zəif vəziyyətdə ölkələrdə bir çox sığınacaqlar var. Bizdə isə bu sığınacaqların sayı 2-3-dür.

QHT-lər bu məsələləri öz üzərinə götürməlidir. Bunun üçün də onlara şərait yaradılmalıdır. Bu baxımdan, qanunvericilikdə köklü dəyişikliklər edilməsi vacibdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə