"Fransa kimi dövlətlər insanların demokratik dəyərlərini pozur" - SƏMƏD SEYİDOV
“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özünküləşdirsin”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, Fransa kimi dövlətlər insanların demokratik dəyərlərini pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük.
Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır.
Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət yürüdür. Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ də qaldırmalıyıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB