Azərbaycan önəmli tranzit ölkəyə çevrilib

Azərbaycan önəmli tranzit ölkəyə çevrilib

Dekabrın 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri baş tutub. Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Üçtərəfli zirvə görüşündə dövlət başçısı cənab İlham Əliyev çıxış edərək bildirib ki, "Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəyə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan üzərindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artmışdır".

Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur. Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək, regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan və türk dövlətləri arasında olan əlaqələr tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa söykənir. Xalqlarımızın eyni soykökə, tarixə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu ölkələri həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Hazırda siyasi müstəvidə türk dövlətləri arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki türk dövlətlərinin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin, həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkanlar var. Xüsusi olaraq, bu istiqamətdə Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malik olduğunu söyləmək yerinə düşərdi. Belə ki, Azərbaycan tranzit-loqistika funksiyasını yerinə yetirməklə ölkənin həm iqtisadi, həm də turizm potensialını genişləndirə bilər. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artmışdır.

Lalə MƏNSİMOVA,

YAP Ağcabədi rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə