Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq beş gündür davam edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb. Bu gün ilkin monitorinqin növbəti təxribat nəticəsində baş tutmadığı elan olundu. “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
SİA AZƏRTAC-a istinadən bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynovun araşdırmasını təqdim edir.
“Dəmirli” (ermənilər Kaşen adlandırır – red.) mədən yatağının işlənməsinə “Vallex” şirkətlər qrupunun törəmə şirkəti olan “Base Metals” QSC tərəfindən 2012-ci ildə başlanmışdır. İlkin dövrdə əldə olunan mis-molibden filizi Qızılbulaq mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilmişdir. 2014-cü ilin aprelindən “Dəmirli” dağ-mədən kompleksinin tikinti işləri start götürmüşdür. Cəmi 1 il 9 aydan sonra ilkin emal gücü ildə təqribən 2 milyon ton filiz olan mədən kompleksi istifadəyə verilmişdir.
Qanunsuz fəaliyyət zamanı öz işlərinə hüquqi don geyindirməyə cəhd edən şirkət rəhbərləri və Ermənistanın siyasi dairələri ilk dövrdə ərazinin istismarı zamanı heç bir ekoloji fəsadların meydana gəlməyəcəyini bildirirdilər. Bundan başqa, bu hadisə dünya ictimaiyyətindən, ekoloji təşkilatlardan gizlədilirdi.
Məsələ burasındadır ki, mədənin inşa ediləcəyi ərazi istər təbii və istərsə də tarixi cəhətdən olduqca zəngin idi. Qarabağın bu hissəsi özünün füsunkar təbiətinə və böyük meşə örtüyünə malik idi. Ərazidə yerləşən bir neçə kənddə və onların ətrafında Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-memarlıq abidələri vardı. Bu abidələrin bir çoxu Qafqaz Albaniyasına məxsus olan qədim qəbiristanlıqlar, qalalar, kilsələr, saraylar və s idi.
Lakin şirkət ərazidə qanunsuz tikinti və hasilat işləri apararkən təbii və tarixi mühitini pozmuş və istismarı tez başlamaq üçün bütün tarixi-memarlıq və arxeoloji abidələrimizi məhv etmişdir. Bundan başqa, “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidəki Qarabağ meşələrinin ən gözəl nümunələrinin yer aldığı 82 hektara yaxın meşə örtüyü məhv edilmişdir. Baş vermiş bu ekoloji faciə və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması Ermənistanın siyasi hakimiyyəti tərəfindən dünya ictimaiyyətindən ustalıqla gizlədilmişdir.
Hətta “Global Forest Watch” təşkilatına məxsus monitorinq sistemi bu ekoloji faciənin baş verməsini nədənsə sadəcə üç hektar meşə örtüyünün itirilməsi kimi göstərməkdədir. Görünən odur ki, “Base Metals” şirkəti və separatçı rejim nəinki Qarabağda yaşayan sadə erməniləri aldada bilmiş, həm də bunu beynəlxalq təşkilatlardan da gizli həyata keçirməyi bacarmışdır.
Bu araşdırmada “Dəmirli” yatağının inşası və işlənməsi zamanı baş vermiş barbarlığın sübutları təqdim olunur. Bunun üçün ərazinin tarixi–təbii mühitinin Coğrafi İnformasiya Sistemində yaradılması və mövcud vəziyyətlə müqayisəli təhlili aparılıb.
Araşdırmanın metodu - məsafədən zondlama
Müasir dövrdə arxeoloji abidələrin sənədləşdirilməsində məsafədən zondlama (Remote Sensing), xüsusilə süni peyklərdən (bundan sonra peyk adlandırılacaq) əldə edilmiş təsvirlərin təhlili effektli və uğurlu tədqiqatların aparılmasına kömək edir. Son zamanlar peyk görüntüləri ekoloji, tarixi əraziləri, tarixi və arxeoloji, monumental və digər abidələri sənədləşdirmək üçün etibarlı vasitəyə çevrilib. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, tədqiqatçı əraziyə getmədən abidənin yerləşdiyi məkanın təhlilini aparmaq imkanı əldə edir. Araşdırmada 1977-1980-ci illərin məxfilik qrifi götürülmüş Amerika peyk görüntülərindən, sovet topoqrafları tərəfindən yaradılmış müfəssəl xəritələrdən, Sovet İttifaqı Baş Qərargahının 1989-cu ildə nəşr edilmiş topoqrafiq xəritələrindən istifadə olunub.
“Hexagon” proqramı ilə tanınan süni peyk seriyası Yerin orbitinə yaxın buraxılmış və 1972-ci ildən 1986-cı ilə qədər “Soyuq müharibə” zamanı ABŞ tərəfindən idarə olunan 20 kəşfiyyat peykindən ibarət idi. Proqram ABŞ-ı Yerin yüksək ayırdetmə təsvirləri ilə təmin etmək, xüsusən də raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılmasına dair müqavilədən sonra SSRİ-də strateji silah texnologiyalarını nəzarətdə saxlamaq üçün kosmosa göndərilmişdi.
Proqrama daxil olan 20 kəşfiyyat peyki 1979-cu ildən 1986-cı ilə qədər Yer kürəsinin demək olar ki, bütün nöqtələrinin (buraya Qarabağ ərazisi də daxil idi) çəkilişlərini aparmışdır. Həmin peyk görüntüləri bizə Yer kürəsinin istənilən nöqtəsinin 30 il və ya 40 il əvvəl hansı vəziyyətdə olmasına dair məlumat verir. Bu peyk görüntüləri ABŞ Daxili İşlər Nazirliyinin Geoloji Xidmətinin xüsusi arxivində saxlanır. Görüntülərdən təbii ehtiyatların vəziyyəti haqqında elmi məlumatlar toplanılır, monitorinqi və təhlilləri aparılır. Geoloji Xidmətin Yer resurslarının Müşahidə və Elm Mərkəzi (EROS) məxfilik kodu götürülən KH-9 görüntülərinin neqativlərini skanlaşdıraraq məlumat təminatçısı kimi 29 minlik arxivə malikdir. Bu araşdırmada “Hexagon” proqramına daxil olan KH-9 peykinin Yer kürəsi nöqtələrinin görüntülərindən istifadə olunub.
Təhlilə keçməzdən “Dəmirli” mədənində qanunsuz fəaliyyətin başladığı illərdə erməni mətbuatında yer almış bəzi faktlar nəzərdən keçirilib. 2012-ci ildə “Heqt.am” nəşrində jurnalist Hayk Qazaryanın apardığı araşdırmanın nəticələrinə dair “Kaşen (Dəmirli) yatağının ərazisindəki abidələri hansı aqibət gözləyir?” sərlövhəli məqalə dərc olunmuşdu. Mədənin inşasına başlanarkən istər “Base Metals”, istərsə də separatçı rejimin rəhbərləri ərazidə meşələrin olmadığını bildirirdilər. Lakin erməni jurnalist məqaləsində deyilənlərin həqiqətə uyğun olmadığını yazırdı. Bundan başqa, məqalədə bildirilirdi ki, ərazidə 2500 abidə və qəbir daşları mövcuddur. Məsələ mətbuata çıxdıqdan sonra “Base Metals” şirkətinin rəhbərliyi abidələrin köçürüləcəyini vəd etdi.
Beləliklə, biz Coğrafi İnformasiya Sistemində hərbi-topoqrafik xəritələrin WGS-8 koordinat sisteminə inteqrasiya edərək “Dəmirli” dağ-mədən kompleksinin inşa edildiyi ərazidə 1989-cu ildə nəşr edilmiş xəritədə göstərilən meşə örtüyünün ərazisini hesablaya bildik. Bu, 280 hektarlıq ərazidir.
Bundan sonra xəritədə müəyyən olunan meşə ərazisi “Hexagon” KH-9 peyki ilə 1977-ci il avqustun 22-də çəkilmiş görüntüdə də təsbit edildi. Ərazidə yerləşən meşə örtüyünün hər iki sübuta istinadən Coğrafi İnformasiya Sistemində məkana bağlı təhlili aparıldı. Beləliklə, mədənin inşa edildiyi dövrlə müasir dövrdəki peyk görüntülərini müqayisə etsək, 2012-2015-cü illərdə “Base Metals” şirkəti tərəfindən 82 hektar meşə zolağının məhv edildiyini görərik.




Araşdırmanın nəticəsindən aydın olur ki, ərazidə istər ekoloji, istərsə də maddi-mədəni irs məhv edilib. Bu cinayət həm mətbuatdan, həm də beynəlxalq təşkilatlardan gizlədilib. Biz Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, həm də dünya mədəni irsinin qorunub saxlanması və ya bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti olan beynəlxalq təşkilatlara və beynəlxalq məhkəməyə müraciət edirik. Göstərilən sübutlar regionda uzun əsrlər boyu yaşamış bir xalqın mədəni irsinin yox edilməsi, kultursid aktıdır. Bu faktların hər biri sənədləşdirilmiş süni peyk görüntüləri ilə sübuta yetirilir. Həmin cinayətlər Ermənistan Respublikası, Qarabağdakı separatçı rejim və “Base Metals” şirkətinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Azərbaycan xalqının maddi-mədəni irsi və təbii sərvətləri məqsədli şəkildə məhv edilərək talan olunub.
Göstərilən faktlar Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələrindən, alim və ekspertlərdən ibarət monitorinq qrupunun ekoloqlarla birgə ərazidə təcili yoxlamalar aparmasının vacibliyini bir daha təsdiqləyir.
Söhbət artıq nəzərdən keçirdiyimiz 850 hektardan çox ərazidə 2500-dən çox maddi-mədəniyyət abidəsinin məhv edilməsindən gedir. Bunların içərisində Xaçın məliyi Məlik Allahverdinin qalası, Məlik İsrailin qalası, alban dövrünün yadigarı olan kilsələr və digər memarlıq abidələri, yüzlərlə xaç daşları vardı. Bu xaç daşları Qafqaz Albaniyasına və sonrakı dövrdə Xaçın məlikliyinə aid xristian abidələri idi.

Xaçın məliyi Məlik Allahverdinin qalası

Gülyataq kəndində Alban qəbri

Canyataq kəndində Alban qəbri
Yatağın yerləşdiyi ərazidəki Canyataq və Gülyataq kəndlərinin erməni əhalisinin bu yerlərə 1828-ci ildən sonra köçürülməsi haqqında elmi ədəbiyyatda və arxiv sənədlərində kifayət qədər məlumatlar var. Ermənilərin yerləşdirildiyi bu ərazilər Qafqaz Albaniyasına aid qədim abidələrlə zəngin idi. Onların bir qrupu arxeoloji abidələrdir. Dağ-mədən yatağının salındığı Gülyataq kəndində arxeoloji qazıntıların aparılmasına hələ 1896-cı ildə başlanmışdır. Həmin il Moskva Arxeoloji Cəmiyyəti A.A.İvanovskini Cənubi Qafqaza ezam etmişdi. O, Qarabağın bir neçə yerində, o cümlədən Gülyataq kəndində 81 saylı kurqanda arxeoloji qazıntılar aparmışdı. Kurqanın diametri 40 metrdən çox olub. Bu arxeoloji qazıntılarla bağlı hesabat regionda fəaliyyət göstərən arxeoloqların bir çoxuna məlumdur. Həmin dövrdə İvanovski Canyataq və Gülyataq kəndlərinin ərazilərində bir çox kurqanın mövcud olduğunu yazırdı. Onun aşkarladığı maddi-mədəniyyət nümunələri sonralar Cənubi Qafqazda tədqiqatların aparılmasına böyük töhfə oldu.
Gülyataq kəndində tədqiqatlar aparmış erməni alimlərinin özləri kənddə Məlik Allahverdinin qalasının yerləşdiyini yazırdı. Bu qalanın uzunluğu 34, eni 14 metr idi. Kənddən 4 kilometr cənub-qərbdə orta əsrlərə aid xarabalıqlar var idi. Bundan başqa, yaxınlıqda Qafqaz Albaniyasına məxsus qədim xaş daşları ilə zəngin qəbiristanlıq yerləşirdi.
Qarabağın antropomorfik heykəlləri ilə məşhur olan Canyataq kəndində 6 belə abidə olmuşdur. Bu, 1964-1987-ci illərdə aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir. Lakin bu daş abidələr sonradan yoxa çıxmışdır. Onların taleyi hələ də naməlum olaraq qalır. 1973-cü ildə Canyataq, Mollalar və Şəfibəyli kəndlərindəki abidələrin sayı 10-a çatırdı.
Gülyataq kəndinin ərazisində Qarabağ atlarının saxlanması üçün çar Rusiyası dövründən qalmış yer mövcud olmuşdur. Bu tarixi abidənin də taleyi naməlumdur.
2012-ci ildə “Hetq.am” erməni nəşrinin jurnalisti öz məqaləsində yazırdı: “Bu vəziyyətə hələ də öz fikrini bildirməyən “Artsax” tarixçilərinin susması aydın deyil”. Mədənin inşası zamanı bu abidələrin köçürüləcəyini bildirən şirkət sonradan həmin abidələri sadəcə olaraq mədənin altında gizlincə yox etdi. Əslində bu abidələrin köçürülməsi mümkün olan iş deyildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



