"Sona qədər aksiyaçıların müdafiəsinə hazırıq" - SİYAVUŞ NOVRUZOV
"Bildiyimiz kimi, bir neçə gündür ki, Azərbaycanlı ekoloqlar və QHT-lər Azərbaycan ərazisi olan Qarabağda öz etirazlarını bildirirlər. Onlar Azərbaycan xalqının malının talan olunması, ekologiyaya vurulan ziyanın qarşısının alınması, rus sülhməramlılarının ermənilərlə birləşib qanunsuz silah, narkotik dövriyyəsi və İrandan gəlmiş terroristlərin hazırlanması ilə bağlı etriaz edir, haqlı olaraq bu ərazilərdə monitorinq tələb edirlər. Biz onların yanındayıq və dəstək veririk. Biz sona qədər aksiyaçıların müdafiəsinə hazırıq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov sözlərinə belə davam edib: "Xüsusi fərəhverici hal odur ki, orada iştirak edən yaşlılarla yanaşı gənclər də var və onlar bu proseslərdə çox aktiv iştirak edir. Azərbaycanın gəncləri bu gün hətta köhnə nəsildən daha fəal şəkildə öz vətənini sevir.
Vaxtilə 20 Yanvar faciəsi zamanı xalqımız necə ayağa qalxmışdısa, bu gün o gənclərə baxanda həmin fəxarət hissin keçiririk. Belə güclü gəncləri və prezidenti olan dövlət həmişə qalibdir. Bundan sonra bütün qəəbə Azərbaycan xalqı ilə olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB