"Ermənistan heç bir səy göstərmir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan heç bir səy göstərmir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan 2020-ci ilin kapitulyasiyasından sonra artıq özünə gəlməyə başlayıb. Xüsusilə bu sahədə ona dəstək verən Rusiya və Fransa, müəyyən məqamlarda isə İran və Hindistan sayəsində onlar əvvəl əldə edilmiş razılaşmalara etinasız yanaşır, siyasi cəhətdən perespektivi olmayan, uğursuz siyasi manevrlər edib, xüsusilə Azərbaycanla münasibətdə qeyri-səmimi addımlar atmağa davam edirlər. Sülhdən danışır, lakin sülh bağlanması prosesini uzadır. Sərhədlərin delimitasiyasından danışır, amma bu sahədə də praktiki addımlar atmır. Kommunikasiyaların açılması məsələsində isə İranın ona diqtə etdiyi müddəaları bir-bir təkrarlayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, sözün əsl mənasında destruktiv bir mövqe sərgiləyən daha çox Fransa və İrandan güc alan, onların yönləndirməsi ilə hərəkət edən Ermənistan bu gün möhkəm və dayanıqlı sülh yaradılması uğrunda demək olar ki, heç bir səy göstərmir: “Bu səbəbdən də yeni silahlar almaq eşqi ilə pul toplayır, bir sıra silah satan ölkələrə yeni silahlar üçün müraciət edir.

Qarabağın dağlıq hissəsindən imtina etdiklərini desələr də əl atından Qarabağa həm maliyyə yardımı göstərir, həm də silah-sursat göndərilməsi işini də relsə salır. Azərbaycan təmkinli davranır, hələ ki Ermənistanın nazı ilə oynamağa davam edir. Amma Azərbaycanın da səbrinin hüdudları, sərhədləri var. Bu sərhədlərə çatdıqdan sonra artıq Azərbaycan dözməyəcək, daha qətiyyətli bir siyasi iradəni ortaya qoyacaq. Nəticə etibarı ilə də Ermənistan üçün aqibəti yaxşı olmayacaq nəticələr doğuracaqdır. Ermənsitan bu addımlarından əl çəkib, real siyasət yeritməyə başlamalıdır ki, bölgədə vəziyyət düzəlsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə