"Prezidentin Türkmənistana səfəri mühüm nəticələr doğuracaq" -BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Prezidentin Türkmənistana səfəri mühüm nəticələr doğuracaq" -BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Türkmənistan Prezidentləri ilə zirvə görüşündə iştirak etmək üçün Türkmənistana işgüzar səfər etdi. Bu səfər çərçivəsində çoxtərəfli görüşlər keçirildi. Çox mühüm Azərbaycanın və regionun gələcəyini müəyyən edən sənədlər imzalandı". Bu sözləri SİA-ya açıqlmasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, zirvə görüşünün yekun bəyannaməsinin imzalanması eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistan arasında gömrük, nəqliyyat, enerji daşıyıcılarının dünya bazarına çatdırılması və bu istiqamətdə işlərin həyata keçirilməsi istiqamətində razılaşmaların əldə olunması görüşün mühüm nəticələrlə yekunlaşdığını göstərir. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində Türkmənistan artıq orta dəhliz yük daşımalarında çox mühüm halqalardan birinə çevrilib. Xüsusilə türk dünyasının ciddi şəkildə inteqrasiya olunduğu dövrümüzdə zəif nöqtə kimi qiymətləndirilən Türkmənistanın Azərbaycan və Türkiyə ilə eyni zamanda Türk Birliyi Təşkilatı çərçivəsində əməkdaşlığa cəlb olunması uzaqgörən siyasətin nəticəsidir.

Hesab edirəm ki, müasir dövrümüzdə Şimal və Cənub axınlarını Şərqdən Qərbə və əksinə bu malların axınını təşkil edən Şimal və Cənub xətlərinə təzyiqlərin artığı və məhdudiyyətlərin tətbiq olunduğu indiki zamanda fürsəti, tarixi şəraiti uzaq görənliklə qiymətləndirən cənab Prezidentin məhz ağıllı siyasətinin nəticəsidir ki, orta dəhlizə tələbat artır. Azərbaycan Prezidentinin Türkmənistana bu səfəri həm də bu istiqamətdə çox mühüm nəticələr doğuracaqdır. Əldə olunmuş razılaşmalara əsasən Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Türkiyəyə və Avropaya çatdırılması çox mühüm bir hadisədir.

Bildiyiniz kimi keçən il 2021-ci ilin yanvar ayının 21-də Azərbaycan və Türkmənistan arasında əldə olunmuş razılığa əsasən uzun illər ərzində mübahisəli yataq kimi qiymətləndirilən "Kəpəz" yataqının adı dəyişdirilərək "Dostluq" yataqı kimi birgə istiamara cəlb olunması haqda razılıq əldə olunmuşdu. Bundan sonra Türkmənistan və Azərbaycan arasında əlaqələr, eləcə də Türkmənistan təbii sərvətlərinin dünya bazarlarına məhz ölkəmiz tərəfindən çıxarılması ilə bağlı ciddi nəticələr əldə olunmasına prespektivlər ortaya çıxmışdır. Keçən ilin noyabr ayında iki ölkənin ilkin razılaşmasına əsasən İran vasitəsi ilə Türkmənistan qazının Azərbaycana ötürülməsi və bununda dünya bazarına çıxarılması razılaşdırılmışdı. Burada mühüm nəticələrdən biri də Azərbaycanın nəqliyyat xaborunun daha da artmasına, eyni zamanda Azərbaycanın bölgə və qlobal səviyyədə nüfuzunun daha da genişlənməsinə gətirib çıxaracaqdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə