“Türkmənistan səfərinin əhəmiyyəti ondan ibarətdir ki,...” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkmənistan səfərinin əhəmiyyəti ondan ibarətdir ki,...” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qlobal arenada baş verən dəyişikliklər yeni dünya nizamının formalaşdırılmasını labüd edib. Bu yeni dünya nizamında bir-birinə yaxın ölkələr arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq genişlənir və yeni bir iqtisadi-siyasi gücün meydana gəlməsinə yol açır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı da bu baxımdan yeni dünya nizamının çağırışlarına uyğun siyasi - iqtisadi münasibətlərini formalaşdırır: “Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri və bu səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının iştirak ilə keçirilən Zirvə Görüşünü çox əhəmiyyətli hesab edirəm. Ölkələrimiz böyük bir coğrafiyanı əhatə edir və Avropa ilə Asiya arasında bağlantının yaranması zəncirinin vacib həlqəsinə çevrilmişdir. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri, BTQ dəmir yolu, Bakı Beynəlxal Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yaxın zamanlarda açılacaq Zəngəzur dəhlizi ölkələrimizarası əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayacaq”.

Azər Badamov sözlərinə belə davam edir: “Türkiyə ilə Müttəfiqlik haqqında¸Türkmənistan ilə isə Strateji Tərəfdaşlığa dair Bəyannamələr imzalanmışdır. Bu gün Türkmənistanda Zirvə Görüşü çərçivəsində imzalanmış, ticari-iqtisadi, gömrük və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, həm də “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaq.

Ümumilikdə qeyd edə bilərəm ki, Türk Dövlətləri Birliyi yeni dünya nizamında gülclü siyasi - iqtisadi mərkəz kimi meydana gəlir və güclənir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə