Avropa İttifaqı artıq ermənilərin yalvarışlarını, yardım barədə xahişlərini açıq-aşkar şəkildə rədd edir. Brüssel bu mövqeyini artıq aydın şəkildə ortaya qoyur. Bir tərəfdən də, ermənilərin Laçın dəhlizi barədə şüvən qoparmalarını ironik qəbul edən avropalılar İrəvanın bütün iddialarını tamamilə qara siyahıya salmaq niyyətindədirlər. Hətta buna artıq hazırdırlar, çünki məsələnin son dərəcə dərinliyinə, xırdalıqlarına qədər araşdırmağı məqbul hesab edən avropalılar ortada erməni hiyləsini görməyə bilməzlər.
Hər zaman olduğu kimi, ermənilərin, Ermənistanın istənilən bir halda Azərbaycanı əsassız şəkildə günahlandırdığı artıq çılpaq şəkildə görünür və bunu bütün dünya ölkələri, eləcə də Avrop İttifaqı dövlətləri də görürlər. Onu da görürlər ki, bütün qanun pozuntularını edən də elə ermənilər özləridirlər, öz əməllərinə görə başqalarını günahlandıran da. Bu baxımdan Avropa İttifaqının Ermənistanda müşahidə missiyasının gələn həftə vaxtı bitdikdən sonra həmin vaxtın uzadılacağını kimsə təsəvvür belə etmir. Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell də açıq-aşkar şəkildə bildirib. Onun sözlərinə görə, həmin qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə artıq qəbul edilib. Missiyanın işinin “səmərəli” olduğunu deyən Borrel, onun müddətinin uzadılmaması səbəbi barədə heç nə söyləməyib, səbəbini də açıqlamayıb.
“Razılığa əsasən, müşahidəçilər dekabrın 19-da öz fəaliyyətlərini dayandırmalıdırlar”, deyə bəyan edən Avropa diplomatiyasının rəhbəri bununla kifayətlənib, izahata ehtiyac da duymayıb. Əslində, heç ehtiyac da yoxdur, çünki Ermənistanın, ermənilərin iç üzünü, riyakarlıqlarını bir az da daha yaxından görən müşahidəçilər çox güman ki, Avropa İttifaqını yetərincə məlumatlandırıb. Bir tərəfdən də Azərbaycanın bütün proseslərə, ələlxüsus, delimitasiyaya demarkasiyaya, ümumiyyətlə sülh prosesinə hər zaman hazır olduğunu görən Borrel onu da çox gözəl görür ki, Ermənistan tərəfi həmişəki kimi, danışıqlarda bu mövzudan yayınır və praktiki olaraq heç nə etmir. Elə Avropanı daha çox qıcıqlandıran da məhz budur və çətin ki, bundan sonra nə Paşinyan, nə də saysız-hesabsız erməninin qondarma yalvarışlarına kimsə inana, məhəl qoya, çünki bu yalvarışların, bu ikiüzlülüklərinin altında daha nələrin dayandığını başa düşmək çətin deyil.
Diqqətə çatdıraq ki, İrəvanın Avropa İttifaqı missiyasının Ermənistanda saxlanıla bilməsi ilə bağlı planları iflasa uğradı. Həmin missiyanın Ermənistanda olduğu müddət ərzində sərhəddə bir sıra nəzərəçarpacaq təxribatlar diqqətdən yayınmadı. O da diqqətdən yayınmadı ki, ermənilər silahlı insidentlər təşkil etmək, sonra isə bütün bunları planlı şəkildə Azərbaycanın üzərinə yıxmaq fikrindədir. Əslində, bu plan həmişə olub və indi də ermənilər köhnə “ənənələrinə” uyğun şəkildə riyakarlıq nümayiş etdirməkdən çəkinmirlər. Belə olan halda, Avropa İttifaqı missiyasının vaxtının uzadılma məsələsinin müzakirəsinə belə lüzum qalmır, hansıki Borrel bu mənada heç bir açıqlama vermək niyyətində olmadığını aydın şəkildə nümayiş etdirir.
Son bəyanatın tonuna diqqət etdikdə belə görürük ki, avropalı müşahidəçilər ümumiyyətlə heç bir nəticəyə gələ bilməyiblər. Praqa danışıqlarında Paşinyanın təcili tələb etdiyi Avropa İttifaqı missiyanın uzun müddətə qalması məsələsi gündəmə belə gələn deyil. Sözügedən missiya Ermənistanda qaldığı zaman fasiləsində avropalıların nəticələrə əsasən heç bir sənəd dərc etməməsi bunu təsdiq edir. Onların monitorinqinin belə özü-özlüyündə çox bəlağətli olduğu göz önündədir və bunu təkzib etmək də mümkün deyil. Bu bir reallıqdır və bu reallığı ermənilər özləri də başa düşürlər. Elə ona görə də çətin ki, missiyanın vaxtının uzadılması arzusuna Nikol Paşinyan bundan sonra çətin düşə. Həm də axı görür, başa düşür ki, avropalılar, xüsusən Brüssel onun ölkəsindən üz döndərib.
Artıq ermənilərin bütün silahlı təxribatların təşəbbüskarı olduqlarını avropalılar öz gözləri ilə gördülər və bu baxımdan da Ermənistan üçün tamamilə gözlənilməz “sürpriz”, yəni müşahidəçi missiyasının nəticələrindən sonra həqiqi hesabat, həqiqəti əks etdirən hesabat ortaya çıxa bilər. Bütövlükdə münaqişənin, müharibənin səbəbkarları və hazırkı ağırlaşmalar haqqında müşahidəçi missiyanın hesabatı da yayımlana bilər, hansıki indi erməni cəmiyyətinin yuxusunu ərşə çəkəcək məqamlardan biri də budur. Düzdür, Azərbaycan avropalıların dırnaqarsı “obyektivliyinin”, ermənipərəst mövqelərinin dəfələrlə şahidi olub, amma haylar yaxşı bilirlər ki, bu dəfə heç də hər şey onların xeyrinə getmir, hansıki bu gediş həqiqətən də əsl obyektivliyi ortaya qoya bilər. Hətta avropalı müşahidəçilər onlar üçün çox xoşagəlməz təəssürat da bağışlayıblar və ermənilər bundan da narahatdırlar, qorxurlar, amma təxribatlardan, iyrənc əməllərdən, riyakarlıqdan əl çəkəcəklərinə nəinki avropalılar, heç özləri belə inanmırlar. Çünki hamıdan yaxşı özləri bilirlər ki, rəsmi İrəvan həm Moskvada, həm də Avropada əldə olunmuş razılaşmalar üzrə öhdəliklərinə məhəl qoymayıb və davamlı şəkildə artıq qırmızı xətti keçib.
“Avropa Birliyinin Qarabağda mövcudluğu yoxdur və bu, bizə vəziyyəti daha yaxşı anlamağa imkan verəcək”, deyə Avropa İttifaqının Xarici Siyasət Nümayəndəsi Piter Stano Ermənistanın İctimai Televiziyasının sorğusuna cavab verərkən bildirib. Onun fikirlərindən də bəlli olur ki, ermənilər ən azından öz mövqelərini bildirmək istəmirlər və bunu artıq hər kəs, xüsusən Avropa İttifaqı yaxşı bilir. Bütün bunlar isə bir daha onu göstərir ki, Brüsselin artıq səbri daşıb, çünki avropalılar kimin hansı oyunları oynadığını, ermənilərin yalnız çirkin oyunlar oynadığını yaxşı bilirlər. Yaxşı bilirlər ki, İrəvanın bəyanatlarının, danışıqlar çərçivəsində populist trepologiyasının reallıqlarla, konkret əməllərlə heç bir əlaqəsi, uzlaşması yoxdur. Avropalılar görürlər ki, praktiki olaraq rəsmi İrəvan nə ilə razılaşsa da, adətən bunun tam əksini edir və bu tərzindən çəkinən də deyil. Halbuki, Azərbaycan hazırda Avropanın mühüm, etibarlı enerji tərəfdaşlarından biridir və Brüsselin ölkəmizə qarşı hansısa iradı ola bilməz, mübahisə etmək, yaxud razılaşmamaq kimi bir niyyətinin olması da mümkünsüzdür.
Dekabrın əvvəlində Brüsseldə keçirilməsi planlaşdırılan görüşü Ermənistan tərəfinin pozmasını belə istər Avropa İttifaqı, istərsə də Şarl Mişel özü çox yaxşı xatırlayır. Fransa prezidenti Makronun danışıqlarda iştirakını erməni baş nazir Nikol Paşinyanın inadla tələb etməsi bir daha təsdiq etdi ki, Ermənistanın tərzi də, istəkləri də müəyyən edilmiş danışıqların qaydalarına qəti uyğun gəlmir. Artıq Ermənistanın danışıqların ruhuna zidd addımları, təxribatçı, pozucu mövqeyi göz önündədir və bunu Avropa İttidaqı da görür. Ermənilərin bütün bu çirkin oyunlarını görən Brüssel Azərbaycanın hər mənada haqlı olduğunu artıq etiraf etmək, Ermənistandan üz döndərmək məcburiyyətində qalır. Avropa İttifaqı yaxşı başa düşür ki, ermənilər üçün hər hansı razılaşmanı pozmaq və qanunu da, razılaşmanı da sanki hesaba almamaq adi hala çevrilib, hunsıki bu, qəbuledilməzdir. Qoca Qitə artıq çoxdan bu reallıqla barışıb ki, ermənilərin razılaşması, yola gəlməsi üçün elə "Dəmir yumruq" əsas şərtdir, vacibdir və Azərbaycan bu mənada da haqlıdır. Onların 44 günlük müharibədə "Dəmir yumruq" qarşısında diz çökmələri, təslimçilik sənədinə, kapitulyasiya sənədinə Paşinyanın imza atması da artıq anlaşılan, qəbulediləndir. Bu mənada, işğalçı ölkənin törədə biləcəyi təxribatlar qarşılığında, verdiyi vədlərə, üzərinə götürdüyü öhdəliklərə məsuliyyətli olmaması fonunda Ermənistanın başına endirilə biləcək "Dəmir yumruq" Avropanın heç vecinə də deyil. Əlbəttə, bütün bunlar isə ondan xəbər verir ki, Avropa İttifaqı, bütövlükdə avropalılar, Brüssel Ermənistandan artıq çoxdan üz döndərib və ermənilərin Avropadan, Qərbdən də əli üzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB