Etiraz aksiyası ilk addımdır, növbəti mərhələdə... - TƏHLİL

Etiraz aksiyası ilk addımdır, növbəti mərhələdə... - TƏHLİL

Artıq üçüncü gündür ki, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir.Xatırladaq ki, etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ümidini və inamınıı itirən terrorçu, işğalçı erməni xisləti…

Bəli, bir millət o zaman sıradan çıxır ki, öz məğlubiyyəti ilə barışır. Çünki bu barışıqlıq ardınca inamsızlığı, ümidsizliyi gətirir. İnamını və ümidini itirməyin sonu isə süstlüyə, fəaliyyətsizliyə çevrilir...İşğalçı Ermənistan kimi.Və artıq üç gündür Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Sözügedən məsələ ilə bağlı məsələyə münasibıt bildirən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan hələki yumşaq gücdən istifadə edir və diplomatik səylər prosesə paralel olaraq aparılır: "Dövlətimiz bütün bu hadisələrin mərkəzində Rusiyanı görür. Məhz bu baxımdan dünən Azərbaycan və Rusiya prezidenti arasında telefon danışıqları olub. Danışıqlar zamanı Laçın koridoru, Qarabağdakı qanunsuz fəaliyyətər və s. mövzular müzakirə edilib. Azərbaycan eyni zamanda, qeyri-hökumət təşkilatlarının xətti ilə Laçın yolunu bağlayıb və orada tədbirlər həyata keçirir. Bu məsələdə qəti qərarlıyıq. Təbii ki, etiraz aksiyası ilə hər şeyin həll olunacağını gözləmirik. Bu, sadəcə ilk addımdır və güman edirəm ki, bununla paralel dövlətimizin müəyyən digər düşüncələri də var”.

Q.Hüseynli onu da vurğulayıb ki, Qarabağdakı əsas məqsədimiz ərazilərimizdəki erməni seperatçıların çıxarılması və sülhməramlıların öz əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etməkdir. Azərbaycan həmin ərazilər üzərində suverenliyini mərhələ-mərhələ bərpa etmək istəyir. Fikrimcə, tutulan xətt düzgündür və sonda nəzərdə tutulan nəticəyə gətirib çıxara bilər. Bir sözlə aparılan danışıqlardan belə nəticə çıxdı ki, sülhməramlılar bizə şəraitin yaradılması ilə bağlı söz veriblər. Amma nümayəndə heyəti ərazidə monitorinqə başlayanda Ruben Vardanyan başının dəstəyi ilə peyda oldu və prosesin qarşısını aldı.Bəli, yaran vəziyyət onu göstərir ki, hazırda sülhməramlıların seçim imkanı azdır: Ya tələblərimizi icra etməli, ekoloji monitorinqin aparılmasını və nümayəndə heyətinin təhlükəsizliyini təmin etməlidir, ya da yol bağlı qalacaq. Yolun bağlı qalması isə onlar üçün arzuolunmaz vəziyyətdir. Digər tərəfdən, yolu açmaq üçün mülki azərbaycanlılara müdaxilə edə bilməyəcəklər. Onlar üçün mürəkkəb vəziyyət yaranıb. Göründüyü kimi, mənfur düşmən İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatını tələblərini hələ də pozur. Ermənilərin məqsədlərin isə Azərbaycan-Rusiya qarşıdurmasını yaratmaqdır. Və bu gün Azərbaycan yumşaq güc tətbiq edir. Yəni bu addım qarşı tərəfə Azərbaycan ictimaiyyəti tərəfindən sülhməramlılara bir mesajıdır və bilidirilir ki, vəzifə səlahiyyətlərini aşmasınlar, siyasi oyunlara aludə olmasınlar, öz vəzifə səlahiyyətlərini düzgün istifadə etsinlər. Əks təqdirdə, Azərbaycan da lazımi cavabları verəcək. Və erməni seperatçılarını təmizləmək üçün lazım gəlsə, güc də istifadə etməliyik. Ancaq taktiki baxımdan Azərbaycanın istifadə etdiyi üsullar çoxdur.Bir sözlə, hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlar etməsi və söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur. Tələb də həll olunmalıdır! Çünki etirazçılar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər, Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər.

Bir sözlə, sülhməramlıların işi terrorçulara dəstək vermək deyil. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində sülhməramlıların fəaliyyətindən narazılığını dilə gətirərəkən bildirmişdir ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Hikmət Hacıyev vurğulayıb ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Onun sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır.Beləliklə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə əsaslanaraq sülhməramlıların işi sülh yaratmaqdan ibarətdir və sülhməramlı qüvvələr Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunan, tanınan ərazilərində olduqlarını unutmamalıdırlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə