Ağcabədililər Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Azərbaycan xalqının Böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 19-cu ili tamam oldu. 19 ildir ki, Dahi insan fiziki olaraq aramızda yoxdur, lakin onun əməlləri, ideyaları yaşayır. Ağcabədi rayonunun sakinləri, əmək kollektivinin üzvləri, ziyalılar, gənclər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, minlərlə ictimaiyyət nümayəndəsi Heydər Əliyev meydanına axışaraq Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Xətai Zeynalov, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Dahi Liderin abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin xatirəsinə həsr edilmiş sərgiyə baxış keçiriliblər. Məktəblilər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən lövhələr qarşısında ziyarətçilərə məlumat veriblər.
Ziyarət mərasiminin sonunda Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət xor kollektivinin ifasında "Sən elə bir zirvəsən" mahnısı səsləndirilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB