"5-ci nəsil döyüş silahlarına keçid edilib“ - POLİTOLOQ ŞƏRH ETDİ

"5-ci nəsil döyüş silahlarına keçid edilib“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya və Ukrayna müharibəsində artıq 5-ci nəsil döyüş silahlarına keçid edilib. ABŞ-dan Ukraynaya verilən 5-ci nəsil Hi-Mars sistemi Rusiyanın baş bəlasına çevrilməkdədir. Buna paralel, daha yüksək kalibrli PUA-larla Rusiya daxilində savaşı aparmaq tensensiyası müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Rusiya daxilində bir neçə ciddi strateji obyektə, hətta hərbi hissələrə zərbə endirilib: “Bu, şübhəsiz ki, hərbi-texniki məsələlərlə bağlıdır. Hərbi-taktiki istiqamətdə isə Rusiya ordusunun zaman keçdikcə təminat yollarıyla bağlı problemlərin sayının artması görünür. Xüsusən şərq istiqamətində cəbhə boyu 100 km dərinə Ukrayna içərisinə irəliləmiş rus ordusu təchizat problemi yaşayır. Çünki, burada onlarla çay irili, xırdalı çay mövcuddur. Çaylar üzərində olan körpülərin isə 90 faizi dağıdılıb. Rusiya bu məqamda daha yüksək kalibrlo silahlardan istifadə etsə də, uğur qazana bilmir. Üzü sərt qışa doğru gedilməsi, ən azından aprel-may ayınadək Rusiya tərəfdən ciddi irəliləyişin olmayacağını deməyimizə əsas verir. Hətta sərt qış səbəbiylə Moskva müharibənin qısa müddətli dayandırılmasına qərar verə bilər və bu mərhələdə təchizat probleminin həllinə çalışa bilər. Ukrayna tərəfinin Rusiyanın bu boşluğundan istifadə edəcəyi şübhəsizdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə