Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət

Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət

Xalqımız 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixdə xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən çətin məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Heydər Əliyev həyat yolu yüksək insani əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Göstərdiyi yüksək diqqət və qayğı ilə imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaq görən sərkərdə kimi yaddaşlarda qalmışdır. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafındakıları heyrətləndirirdi.

Onun siyasəti milli maraqlar üzərində qurulmuşdur. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun.

Buda bir həqiqətdir ki, dünyada tanınan , sevilən, şəxsiyyətinə ,siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə , bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icrası Ulu Öndərimizin layiqli varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Bu gün dekabrın 12- si ümummilli liderin anım günüdür.

Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət! Sizi dərin ehtiramla anırıq!!

Telman İbadov

YAP Yasamal rayon A.M.Şərifzadə küç. 762 (Akademik M.Ə.Mirqasımov adına RKX-sı Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə