Ukrayna üçün çətin mərhələ başlayır - POLİTOLOQ DANIŞDI

Ukrayna üçün çətin mərhələ başlayır - POLİTOLOQ DANIŞDI

“Rusiya Ukrayna arasında davam edən müharibə təəssüf ki, uzanır və proseslə bağlı nikbin proqnozlar vermək real görünmür. Son günlər davam edən döyüş əməliyyatlarında tərəflər bir-birinə sarsıdıcı zərbələr vurur. Döyüşlərdə həm canlı, həm də hərbi texnika baxımdan ciddi itkilər qeydə alınır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, məlumdur ki, Rusiya bir müddət əvvəl Ukraynanın enerji sektoruna ağır zərbələr vurub və nəticədə ölkədə yaranan enerji böhranı hələ də davam edir: “Hazırda Ukraynanın əsas hədəflərindən biri enerji böhranını aradan qaldırmaq, mümkün yeni zərbələrin qarşısını almaqdır. Avropa Birliyi və Amerika Ukraynaya silah yardımı ediləcəyi ilə bağlı yeni açıqlamalar verib. Görünən odur ki, Ukrayna ordusu öz silah arsenalını gücləndirməyə və döyüş əməliyyatlarında irəliləyişlər əldə etməyə çalışır. Məlumatlara görə, Rusiyanın Ukraynada yerləşən digər strateji obyektləri də məhv etmək planları var. Ukrayna rəhbərliyi bu mümkün təhlükələri dəf etmək üçün müdafiə tədbirlərini gücləndirir. Qış fəslinin başladığını nəzərə alaraq demək olar ki, Ukrayna üçün çətin mərhələ başlayır. Rusiya hesab edir ki, qış aylarında hansısa irəliləyişlərə nail olacaq. Amma düşünürəm ki, Ukrayna ordusu dirəniş göstərərək bu qışı da atlatmağı bacaracaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə