Ağalı kəndi Küveyt səfirini heyrətləndirib

Ağalı kəndi Küveyt səfirini heyrətləndirib

Bu regionda bərpa işlərinin sürətlə davam etdiyinin şahidi oldum. İnanıram ki, burada həyat yenidən canlanacaq. Bugünkü səfər məndə xoş təəssüratlar yaratdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Məhəmməd Almauidi deyib.

Diplomat bildirib: “Biz Zəngilanda olarkən Ağalı kəndini ziyarət etdik. Qısa zaman ərzində bu qədər işin görülməsi heyrətamizdir. Qubadlı şəhərinin planı ilə də tanış olduq. Bu şəhər gələcəkdə çox gözəl olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə