“Azərbaycanın yeganə ümid yeri Heydər Əliyev idi” - DEPUTAT ŞƏRH ETDİ
“Mən deyərdim ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, mənəvi irs gələcək nəsillərə miras qoyduğu misilsiz sərvət, əvəzsiz nümunədir. Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bu fəaliyyət Azərbaycanın bir dövlət kimi mövcudluğunun, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Azərbaycan xalqının ən keşməkeşli tarixi dövründə bütün qüvvəsini səfərbər etməklə bu yolda ən çətin maneələri aradan qaldıraraq müasir Azərbaycanın qurucusu olub: “Bugünkü müstəqilliyimizin və bütövlüyümüzün iqtisadi, siyasi, mənəvi əsasları Heydər Əliyev tərəfindən yaradılıb.
90-cı illər bəlkə də Azərbaycanın tarixində ən mürəkkəb və faciəli bir dövr idi. Həmin vaxtlar ölkə tamamilə dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalmışdı.
İndi hər birimizin böyük ürək ağrısı ilə xatırladığı həmin illərdə Azərbaycanın yeganə ümid yeri Heydər Əliyev idi. O, Naxçıvanda xalqın böyük təkidi ilə muxtar respublika Ali Sovetinin sədri seçilmişdi, blokada şəraitində olan Azərbaycanın bu qədim diyarını erməni işğalından qoruyub saxlayırdı. Mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Naxçıvanda Azərbaycanın müstəqillik atributlarını bərpa edir, muxtar respublikanı blokadadan qurtarmaq üçün qardaş Türkiyə ilə əməkdaşlıq qururdu. Bu gün Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin varisi və övladı kimi prezident İlham Əliyev bu böyük şəxsiyyətin siyasətini davam etdirir. Qardaş ölkə ilə münasibətlərin olduqca yüksək səviyyədə olması da məhz ulu öndərin starteji siyasi kursunun davamıdır”.
Deputat sözlərinə belə davam edib: “2003-cü il dekabrın 12-də xalq öz fədəkar oğlunu cismən itirsə də cənab Prezident İlham Əliyevin dediyi kimi bu gün Ulu Öndərin işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB