"Hərbi sahədəki əməkdaşlıq çox yüksək səviyyədədir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Hərbi sahədəki əməkdaşlıq çox yüksək səviyyədədir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Hazırda Azərbaycanla Türkiyə arasında dövlətlərarası hərbi əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğun olaraq inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, əvvəl Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" idik, amma indi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni bir şüar yaradıblar: "İndi "İki dövlət, bir ordu" şüarı var ki, bu olduqca mühüm bir məsələdir. Yəni türk dünyasının təhlükəsizliyini təmin etmək üçün yeni bir hərbi təhlükəsizlik konsepsiyasına keçid olunur.

Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizlik sahəsində Şuşa bəyannaməsi imzalanmışdır ki, hər iki dövlətin parlamenti bu bəyannaməni ratifikasiya edib. Hazırda hərbi sahədəki əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycanla Türkiyə ordusu birgə təlimlər keçir. Bu yaxınlarda da sonuncu hərbi təlim baş tutdu. Azərbaycan birmənalı şəkildə Türkiyənin hərbi modelini özündə tətbiq edir. Qardaş Türkiyənin köməyi ilə NATO standartlarına uyğun təlimlər keçirilir. Eyni zamanda Azərbaycan yüksək səviyyədə hərbi-texniki hazırlıqla da məşğuldur. Biz Türkiyə ilə eyni istiqamətdə hərəkət edirik. Bu Azərbaycanın hərbi doktrinasında da öz əksini tapıb. Hər bir dövlət kimi Azərbaycan da öz maraqlarına uyğun hərbi doktrina qəbul edib".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə