YAP Ağdam rayon təşkilatında tədbir keçirilib FOTOLAR

YAP Ağdam rayon Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatında təşkilati məsələ və ideoloji işlərin təbliği ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqə sükutla yad ediblər.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxışında ümumilikdə ərazi partiya təşkilatlarında ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili və həmçinin YAP Ağdam rayon təşkilatının fəallarının mətbuatda, sosial şəbəkələrdə aktivliklərinin artırılmasının, təbliğat işinin gücləndirilməsinin təmin olunması barədə geniş nitqlə çıxış edərək, tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırıb.YAP Ağdam rayon Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatının sədri Hafiz Əzimzadə və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan və bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın yeni, möhtəşəm uğurlara imza atmasından danışıb.Daha sonra ƏPT-nin sədr müavini Məhi İbrahimovun təqaüdə çıxması ilə əlaqədar olaraq təşkilati məsələ kimi YAP Ağdam rayon Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatına yeni sədr müavininin seçilməsi təklif olunub və YAP üzvü, gənc fəal İsa Məmmədov yekdilliklə Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatının sədr müavini seçilib.Sonda YAP-tın sıralarına qəbul edilmiş bir qrup partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə