"Bundan sonra biz Şuşadan yalnız yaxşı sədalar eşidəcəyik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şuşa şəhərini 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunması o deməkdir ki, bundan sonra biz Şuşadan yalnız yaxşı sədalar eşidəcəyik: "Şuşanın qaytarılması Azərbaycanın son yüzillik tarixinin ən möhtəşəm müjdəsidir. Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qeyrət qalasıdır!

Ata vəsiyyətini yerinə yetirən Ölkə Rəhbərimiz, həmçinin əcdadlarımızın arzusunu yerinə yetirmiş oldu.

Hörmətli Prezidentimizin 2023-cü ili Şuşanı Türk dünyasının paytaxtı kimi elan etməsi və tədbirlər haqqında sərəncam imzalaması, dövlət başçımızın həm müdrikliyini, həm də uzaqgörənliyini özündə ehtiva edir.

Belə bir qərar, əslində, Azərbaycan tarixinin mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə, Türk dünyasında tanınması baxımından çox böyük əhəmiyyət kəsb edir".

Deputat sözlərinə belə davam edib: "Bu qərar bir daha təsdiq edir ki, tarixi ədalət bərpa olunub. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi olaraq yaşayacaq və əbədi olaraq məskunlaşacaqdır.

Dünyamızın "Dörd" tərəfindən ulu Türklər Şuşaya toplaşaraq şadlıqlar keçirməklə yanaşı, gələcək Türk Dünyasının Birliyinə səsləyən önəmli addımları müzakirə edib, icra edəcəklər!

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə bundan gözəl hədiyyə ola bilməzdi!

Bizim Şuşamız daha da gözəlləşəcək.
Şuşa Azərbaycandır, Şuşa bizimdir!
Şuşadan biz bundan sonra da yalnız yaxşı sədalar eşidəcəyik və bir çox mədəniyyət tədbirlərimizi də keçirəcəyik!
#Şuşa #TürkDünyası'nın Paytaxtıdır!
Şuşa-həsrəti bitmiş, sevgisinə qovuşmuş ağ örpəkli xanımdır!
Şuşa öz Bülbülünə qovuşmuş Xarıdır!
Şuşa Natəvandır, Üzeyirdir, Xan Şuşinskidir, Pənahəli xandır, Vaqifdir və neçə dahilər beşiyidir Şuşa......".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə