Azərbaycan rəsmi şəkildə Rusiya ərazilərinin toponimləri ilə bağlı təhriflərə yol verməyib - POLİTOLOQ ŞƏRH ETDİ
“Hesab edirəm ki, atılan bu addımlar Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti hörmətsizliyin göstəricilərindən biridir. Təəssüflər olsun ki, Azərbaycan Müdafiə Nazirliyinin demək olar ki, hər gün xəbərdarlıq etməsinə baxmayaraq Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenlərində Azərbaycan toponimlərinin qondarma erməni adları ilə əvəz edilir. Son olaraq sülhməramlıların komandanının verdiyi açıqlamalar da bu mövzuda Rusiya hərbi rəhbərliyi arasında fikir ayrılığının olduğunun göstəricisidir. Bu qəbuledilməz hesab edilməlidir. Çünki Azərbaycan bu günə qədər Rusiyanın hansısa toponimlərini qondarma adlarla adlandırmayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən rəsmi şəkildə Rusiya ərazilərinin toponimləri ilə bağlı hansısa təhriflərə yol verilməyib: “Bütün bunlara rəğmən Rusiyanın Azərbaycan ərazilərindəki toponimləri təhrif etməsi, orada adlanmalarla bağlı Azərbaycan Respublikasının rəsmi qurumlarının dəfələrlə etdiyi çağırışları qulaqardına vurması Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi baxımından əsla qəbuledilən deyil.
Xüsusilə Rusiya baş nazirinin sonuncu dəfə Bakıya səfəri və bu gün də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Lavrovla keçirdiyi görüşlərdə Azərbaycanla Rusiya arasındakı iqtisadi göstəricilərin sürətlə yüksəldiyini qeyd etməsi, həmçinin Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin pandemiyadan əvvəlki dövrə qayıtması ilə bağlı müsbət rəqəmlərinin ortada olması siyasi əlaqələrində inkişafını özündə birşlədirir. Bu baxımdan Rusiyanın bu addımları təxribat hesab edilməlidir və təcili surətdə Rusiya Müdafiə Nazirliyi komandanlığında təmsil olunan generallara bununla bağlı çağırış edilməlidir. Əksi olacağı təqdirdə hesab edirəm ki, Azərbaycan da Rusiyaya və Rusiya toponimlərinə qarşı eyni adekvat addımları atmalı və eyni tərzdə cavab verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB