Rusiya XİN-dən diqqət çəkən bəyanatlar İLGİNC

Sergey Lavrov: “Ermənistan rəhbərliyi son günlər statusdan daha çox Qarabağ ermənilərinin hüquqlarından danışmağa başlayıb”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqət çəkən bəyanatlarla çıxış edib. SİA xəbər verir ki, onun mətbuat konfransı keçirərək orada irəli sürdüyü fikirlərinə görə, Ermənistan rəhbərliyi son günlərdə Qarabağ ermənilərinin hüquqları barədə danışmağa başlayıb ki, nəinki status haqqında. Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinə bütün hüquqları verməyə hazırdır. “Azərbaycan ölkənin digər vətəndaşları kimi Qarabağ ermənilərinə də hüquqları ilə bağlı zəmanət verməyə hazırdır”, deyə Rusiyanın xarici işlər idarəsinin başçısı bəyan edib.

“Paris və Vaşinqton rəsmi olaraq bəyan etdilər ki, Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər”

Lavrov artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupu ilə bağlı da ilginc fikirlər səsləndirib. O, qeyd edib ki, əslində bu qrupu dəfn edən fransızlarla amerikalılar olublar: “Bizdə onlarla bağlı heç bir probleml olmayıb. Xüsusi hərbi əməliyyatlar (Ukraynada) başlayandan sonra Paris və Vaşinqton rəsmi olaraq bəyan etdilər ki, Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Onlar bu vasitə ilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatdığını elan etdilər”.

“Azərbaycanın iştirakı olmadan istənilən vasitəçilik missiyası mənasızdır”

“Ona görə də erməni həmkarlarımız bizə Minsk qrupu ilə bağlı xatırlatmalar edərkən biz onlara deyirik ki, həmin müraciətlərini bizə deyil, ABŞ-a və Fransaya ünvanlasınlar”, deyən Lavrov eyni zamanda burada Azərbaycanın mövcud vəziyyətdəki önəmi barədə vurğulayıb: “Əlbəttə, söhbət burada həm də Azərbaycandan gedir. Ona görə ki, Azərbaycanın iştirakı olmadan istənilən vasitəçilik missiyası mənasızdır”.

RF-nın XİN rəhbəri bəyan edib ki, hazırda amerikalılar və fransızlar, ümumiyyətlə Avropa İttifaqı dəfn edilmiş Minsk qrupunu kompensasiya etməyə çalışırlar, vasitəçilik xidmətlərini təklif etmək vasitəsi ilə maneələr yaradaraq Rusiyanın iştirakı sayəsində tərəflər arasında daha əvvəlcədən əldə edilmiş razılaşmaları özəlləşdirməyə cəhd edirlər: “Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclası keçirilir”.

“Minsk qrupunu fransızlar və amerikalılar dəfn ediblər, bizim burada günahımız yoxdur”

Lavrov daha bir məqama da toxunaraq bildirib ki, azərbaycanlılar və ermənilər mədəni xaqdırlar: “Onlar oraya gedirlər. Ancaq mənə bir şeyi təsəvvür etmək çətindir ki, hazırda keçmiş sovet respublikalarının xəritələrinin Rusiyanın Baş qərargahında olmasına rəğmən onlar xəritələr olmadan delimitasiya və sülh razılaşması haqqında məsələləri necə müzakirə edirlər”.

Lavrov bildirib ki, indi Minsk qrupu haqqında heç kim xatırlatmır. “Hərdən Ermənistanın siyasi xadimləri xatırlayırlar. Minsk qrupunu fransızlar və amerikalılar dəfn ediblər, bizim burada günahımız yoxdur”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə