Çavuşoğlu İtaliyaya səfər edəcək

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu 1-2 dekabr tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində türkiyəli nazir həmin tarixlərdə keçiriləcək 8-ci Aralıq dənizi Dialoq Forumunda iştirak edəcək.

Nazir həmçinin, dekabrın 2-də “Xüsusi Dialoq” sessiyasında çıxışı edəcək. O, regional və beynəlxalq məsələlərlə bağlı Türkiyənin xarici siyasət xəttindən bəhs edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə