Laçın sakinlərinin hər il böyüyən, 28 yaşına çatan canlarını sıxan, ürəklərini sızladan, illər keçdikcə dərinləşən bir həsrəti var idi, Laçın həsrəti. Hər dağında-dərəsində, hər daşında-qayasında bir sevgi dastanını gizlələnən sağalmaz bir yaraları, Laçın həsrətiylə yaşayan, ölən, yazan, yaradan yüzlərlə Laçınlı vardı. Ancaq bu gün laçınlıların üzü gülür, çünki, Azərbaycanın dilbər guşələrindən olan Laçının işğaldan azad edilməsindən iki il ötür. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əiyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Şanlı Azərbaycan Ordusunun Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Respublikamızın Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Burada diqqət çəkən əsas məqam bu rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun Laçının azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgənin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir: “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Laçın rayonunun çox çətin relyefi var. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçına ilk səfəri 14 fevral 2021-ci ildə reallaşdı. Ölkə prezidenti Laçın rayonunun cənubunda, Güləbird kəndində Su Elektrik Stansiyasının açılışında iştirak etdi. O, qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunmasından heç iki ay keçməmiş artıq burada Su Elektrik Stansiyası istismara verilir. Cənab İlham Əliyev əlavə etdi ki, bu azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox mühüm əhəmiyyəti, böyük rəmzi mənası var.​

Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçın rayonuda yenidən qurulur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq ərazilərimiz bərpa olunur, yeni infrastruktur layihələr həyata keçirilir. Rayonun yol-nəqliyyat infrastrukturu yeniden qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 km-dir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında Hava Limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Bu gün Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş Laçın rayonunda da qısa zamanda görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və Laçın rayonuda yenidən cənnətə çevriləcəkdir.

İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Laçın rayonu ərazisində basdırılmış minalar Böyük Qayıdış üçün ciddi çətinliklər yaradır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ və Şərqi Zəngəzur bölgələrini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə