Rusiya Müdafiə Nazirliyi Rusiya Hava-Kosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələrinin birgə hava patrulu həyata keçirdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, patrulda Rusiyanın raketdaşıyan “Tu-95MS” tipli döyüş təyyarəsi və Çinin “Hun-6K” tipli strateji bombardmançı təyyarəsi iştirak edib. "Təyyarə Yapon dənizi və Şərqi Çin dənizi üzərində uçub", - məlumatda deyilir. Patrul zamanı təyyarələri Rusiyanın “Su-30SM” və “Su-35S” döyüş təyyarələri müşayiət edib. Rusiya bombardmançılarının uçuşu təxminən 8 saat çəkib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə