Şəhid -leytenant Abdulla Süleymanovun anım mərasimi keçirilib FOTOLAR

Şəhid -leytenant Abdulla Süleymanovun anım mərasimi keçirilib FOTOLAR

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz leytenant Süleymanov Abdulla Telman oğlunun şəhadətə ucalmasından 1 il keçir. Bu münasibətlə 2-ci Fəxri Xiyabanda Şəhidimizi anım tədbiri baş tutmuşdur. Tədbirdə Şəhidin ailə üzvləri, yaxın və doğmaları, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilat sədri Arif Fərzəliyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər. Ziyarətçilər Şəhidlərimizin əziz xatirəsini yad edib məzarına gül dəstələri düzüblər.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə