"Onlar kababdan yeyib, şərabdan içib özləri üçün..." - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Onlar kababdan yeyib, şərabdan içib özləri üçün..." - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"İstər Nikol Paşinyan, istər onun böyük bacısı Emmanuel Makron, istərsə də onların arxasında dayanan Rusiya-İran kimi bənzər dövlətlər və siyasi liderlər nə qədər cəhd etsələr də ATƏT-in keçmiş Minsk qrupunu dirildə bilməyəcəklər. Çünki o qrup öz movcudluğu dövründə Ermənistanla Azərbaycan arasındakı münaqişənin çözümünə zərrə qədər də fayda verməyib. Yəni, onların mövcudluğu dövründə münaqişə tərəfləri hər hansı ortaq məxrəcə gələ bilməyiblər, Mink qrupunun həmsədrləri bölgəyə sadəcə səfərlər edib və rəhbərlərlə görüşüblər. Onlar kababdan yeyib, şərabdan içib özləri üçün şənlənib çıxıb gediblər. Amma münaqişə yerindən tərpənməyib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu səbəbdən də ATƏT-in keçmiş Minsk qrupunun bu və ya digər şəkildə dirçəldilməsi istiqamətində edilən istənilən təşəbbüsü Azərbaycan tərəfi rədd edir: "Heç kim hər hansı nəticəyə ümid etməsin. Çünki Azərbaycanın əlində kifayət qədər tutarlı dəlillər var ki, bu keçmiş Mink qrupu hər hansı nəticə əldə edə bilməyib.

Ümumiyyətlə isə Minsk qrupu hansı üzlə bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak etmək istəyir?! İkincisi, ATƏT-in keçmiş Minsk qrupu Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud idi. Dağlıq Qarabağ münaqişəsi deyilən məsələ də artıq iki ildən çoxdur ki, həllini tapıb. Yəni, artıq Azərbaycanın Dağlıq Qarabağ adlı bir problemi yoxdur. Problem olmadığına görə də o problemi həll emtək üçün qurulmuş keçmiş Minsk qrupunun mövcudluğunu bərpa etməyə zərurət qalmayıb. Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsində hansısa üçüncü tərəfi vasitəçi kimi cəlb etmək istəyirsə, bu ATƏT-in keçmiş Minsk qrupu deyil.

Hal-hazırda Avropa Birliyinin rəsmiləri bu işdə vasitəçilik edirlər. Digər tərəfdən də Rusiya uğurlu olmasa da müəyyən cəhdlər edir. ABŞ isə onların hər ikisindən fərqli olaraq Ermənistanla Azərbaycanın aralarındakı açıq sualları birlikdə üçüncü tərəfin iştirakı olmada birbaşa müzakirə edib həllinə nail olmağa çalışır. Yəni, mənə elə gəlir ki, ən uyğunu da budur. ABŞ-ın təklif etdiyi Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və məsələlərin çözümüdür. Ona görə də Nikol Paşinyan durub boşu-boşuna vaxt itiriməsin. O nə özünü, nə də bizi boşuna məşğul etməsin. Ən ağıla batan variant da Ermənistan və Azərbaycan rəhbərlərinin birlikdə məsələləri müzakirə etməsidir. Kimsə ATƏT-in Misk qrupunu dirçəltmək istəyirsə boş bir işlə məşğul olur. Çünki o artıq ömrünü başa vurub".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə