Nəsimidə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub
Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Konsertdə Partiyanın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Mədəniyyət Nazirliyinin, Elm və təhsil Nazirliyinin əməkdaşları, Dövlət İmtahan Mərkəzinin, Azərbaycan ali təhsil müəssisələrinin, Nəsimi rayon icra hakimiyyətinin nümayəndələri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın rəhbər və tələbə-müəllim heyəti iştirak edib.
Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə konsert proqramı başlanıb. Konsertdə tələbə-müəllim heyətinin ifalarında 20 nömrə musiqi və rəqs nümayiş etdirilib.
Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılanıb.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB