"Tatar kapitalı Azərbaycan biznesində özünü göstərir" - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanın Tatarıstanla əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bu gün Azərbaycan Tatarıstanla iqtisadi anlamda xeyli uğurlu layihələr həyata keçirir. Eyni zamanda hesab edirəm ki, Azərbaycanın Rusiya ilə iqtisadi imkanlarının genişlənməsi Rusiya tərkibindəki muxtar bölgələrlə də iqtisadi əməkdaşlığın gücləndirilməsi potensialına güclü töhfələr verir. Bu gün Azərbaycan iş adamları Tatarıstan biznesinə sərmayələr yatırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, eyni zamanda tatar kapitalı Azərbaycan biznesində özünü göstərir: “Bu baxımdan da hesab edirəm ki, Azərbaycan-Tatarıstan əalqələrinin xüsusilə də pandemiyadan sonrakı dövrdə inkişafı məqsəd kimi müəyyənləşdirilib.
Cənab Prezident sonuncu dəfə Rusiyanın baş nazirini qəbul edərkən Azərbaycanla Rusiya arasındakı iqtisadi münasibətlərin həcminin artıq pandemiyadan əvvəlki dövrə qayıtdığını və belə tendesiyanın müşahidə edildiyini vurğuladı. Hesab edirəm ki, yeni nəqliyyat qovşaqlarının inkişafı, regionda reallaşacaq kommunikasiya layihələri Azərbaycan-Tatarıstan münasibətlərinin daha da inkişaf etməsinə səbəb olur. Bu baxımdan məhz Azərbayanla Tatarıstan əlaqələrinin böyük perspektivi var və iqtisadi baxımdan gələcəkdə bu perspektivlərin daha geniş imkanlarından yararlana biləcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB