"Sülhməramlılar öz prezidentlərinin imzaladığı sənədi saymırlar" - SİYAVUŞ NOVRUZOV

"Son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük. Hansı səbəbdən bunu edirlər?". SİA xəbər verir ki, bu sözləri Milli Məclisinin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar: "Bununla bağlı Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən mindən artıq toponimimiz dəyişib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə separatçılar lazım deyil, işlərini görə bilmirlərsə, getsinlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə