Sülh prosesini uzatmaq və separatçı hərəkətlərinə haqq qazandırmaq cəhdləri ilə bağlı Ermənistanın son cəhdləri də bütün dünyanın diqqətindən yayına bilməz. Ələlxüsus Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT dövlət başçılarının görüşündə qalmaqal yaratması, sonra da Fransa prezidentinin iştirakı olmadan Azərbaycanla danışıqlardan imtina etməsi işğalçı ölkənin sülh prosesindən yayınmaq, qaçmaq niyyətində olduğunu sübut etdi.
Paşinyanın avantürist olduğu yenə də özünü göstərdi və ən azından bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına əngəl yaratmaq istədiyi də göz önündədir. Hətta iki ölkə sərhəddində gərgin vəziyyətin ola bilməsinə belə biganə qalmasının da isbata ehtiyacı yoxdur, əks halda sülh prosesinə maraqlı olar, bunun üçün səy göstərərdi. Hadisələrin gedişi isə təsdiq edir ki, erməni baş nazir sadəcə öz hakimiyyəti haqqında, öz kürsüsünü qorumaq haqqında düşünür və daxili auditoriyaya hesablanan fikirlər, bəyanatlar səsləndirir ki, kütlənin qəzəbinə tuş gəlməsin. İndi erməni cəmiyyətinin çaşqınlıq içərisində olması, kimlərdənsə, hansısa ölkədən, hansısa ölkənin liderindən yardım diləmək istəyi Nikolun da diqqətindən yayınmayıb və Makronun iştirakı olmadan görüşdən imtina etməsi onun məhz daxili auditoriyaya hesablanan növbəti avantürasıdır.
Danışıqlar prosesinə bir daha nəzər saldığımız zaman görürük ki, Nikol Paşinyanın öz vədlərindən, imzaladığı öhdəliklərdən boyun qaçırması, ümumiyyətlə, hər cavabdehlikdən qaçması adi hala çevrilib və onun, həmçinin rəhbərlik etdiyi ölkəsi üçün qaçmaq ənənə halını alıb. Döyüş meydanından qaçan ermənilər indi də danışıqlardan qaçırlar, özü də bunun hara qədər davam edəcəyini düşünmədən. Yəni, Nikol özü də fərqində deyil ki, bu qaçışlarının nəticəsi onun üçün də, ölkəsi üçün də ağır nəticələri ola bilər? Axı küçə nümayişlərindən istifadə edib Qərbin köməyi ilə hakimiyyət kürsüsünü ələ keçirən bu avantürist məsuliyyətdən qaçmağın, məsuliyyətsiz, sərsəm fikir və bəyanatların nə ilə nəticələndiyini iki il əvvəl görüb. Elə isə bu nə qaçışdır və bunun hansı acı nəticələrə gətirib çıxaracağı heçmi erməni baş naziri maraqlandırmır?
Bu dəfə Nikol əsrlər boyu böyük qardaş adlandırdıqları ruslardan, şəxsən Rusiya prezidenti Putinin əlindən qaçıb Fransa prezidentu Makrona yaltaqlanmaq qərarına gəlib. Azərbaycanla danışıqlar və görüş zamanı Makronun iştirakını istəməsi də təsadüfi deyil, bu səbəbdəndir. KTMT dövlət başçılarının görüşünün ardınca belə bir istəyə düşməsi özü də bəzi məqamlara aydınlıq gətirmək üçün kifayətdir və görünür, o əlini hər yerdən üzüb, yeganə ümid yerinin də ancaq Fransada, bu ölkənin prezidentində olduğu qənaətindədir. Ancaq Paşinyan bərk yanılır, çünki heç bir ölkə nə beynəlxalq hüququn əleyhinə gedərək Azərbaycan həqiqətlərinə qarşı çıxaraq Ermənistanı haqlı çıxara bilməz, nə də heç bir dövlət ölkəmizin işinə qarışa, burnunu soxa və bizi nəyə isə vadar edə bilməz, buna gücü də, ixtiyarı da çatmaz.
KTMT dövlət başçılarından heç biri Ermənistanın, eyni zamanda bu ölkənin baş nazirinin istəklərinə görə Azərbaycanı qınamadı belə və bu reallığı bütün dünya da gördü. Azərbaycanın iştirak belə etmədiyi görüşdə əleyhinə fikir səsləndirilmədi və Paşinyan da başa düşdü ki, səyləri əbəsdir. İrəvanda KTMT-nin qərarlarının heç biri Paşinyanın istəklərinə cavab vermədi və bunu erməni baş nazirinin timsalında vətəndaşları da həzm edə bilmirlər. Amma reallıq budur ki, Bakı İrəvanı öz ölkəsində də məğlub etdi. Azərbaycanın diplomatik uğuru kimi bu da tarixə yazıldı və ölkəmizin haqlı tərəf olduğu bütün dünyaya bəyan edilmiş oldu. Məsələ burasındadır ki, bu həqiqətləri də başda elə erməni baş naziri olmaqla, bütün ermənilərin, ələlxüsus görməməzliyə vurmaq, Azərbaycanın haqlı olduğunu qəbul etməmək, görməzdən gəlmək niyyətində olduğu özünü çox gözlətmədi və Azərbaycnla danışıqlar zamanı Makronun iştirakını Paşinyanın istəməsi deyilənləri isbatlayır.
Heç şübhəsiz ki, Paşinyan, onun ölkəsini, Ermənistanı Fransanın bacısı adlandıran bir adamı, prezident Makronu görüşdə iştirak edəcək biri olaraq seçməklə, planlaşdırılan görüşdə guya “Qərbə üz tutmaq” niyyətini açıqlayır. Ən gülünc məqam isə ondan ibarətdir ki, Ermənistan və bu işğalçı ölkənin baş naziri elə burada da yanlışlığa yol verib, hətta nə etdiyini sonra anlayacaq. Əvvəla anlayacaq ki, Fransa Qərb dünyasından həmişə fərqli olub və hazırda NATO daxilində Türkiyə və İngiltərə ilə dərhal münaqişə yaradır. Digər tərəfdən də Fransanın özünün arxalanmalı olduğu ölkələr var və bunu avropalılar da bilirlər.
Nikol Paşinyan bilmirmi ki, Qərbə yön almaqla, Rusiyanın, həmin ölkənin prezidentinin ən azından xətrinə dəyməklə və öz təhlükəsizliyini, rusların təmin etdikləri təhlükəsizliyi tamamilə risk altında qoyur? Ermənistanın baş nazirinin Fransa prezidentinə kömək üçün yaltaqlanmaq cəhdi özü də axmaq səslənir. Əvvəla ona görə ki, Fransa heç də Qərb üçün etalon deyil. Heç Qərb Fransanı saya da salmır, yalnız diplomatiya xatirinə belə ifadələr açıqcasına səslənmir, əks halda ara tamamilə qarışardı. Qərb heç zaman Fransanın ötən əsrdə təkcə Əlcəzairdə törətdiklərini bilir və hər bir halda Fransa ilə eyni mövqeyi heç kim istəməz. Elə dünyanın bir çox qabaqcıl ölkələri Fransanın təkcə Əlcəzairdə törətdiyi bütün əməllərə görə onunla bir müstəvidə qərarlaşmaq niyyətində ola bilməz. Bir sözlə, Ermənistanın, bu ölkənin baş nazirinin Qərb dedikdə Fransanı nəzərdə tutması yanlışlıqdır, çünki Fransaya yaxınlaşmaq Qərbə yaxınlaşmaq deyil.
Əslində, birini, özü də bu zamana qədər arxasını söykədiyi birini digərinə satmaq, qaçıb aradan çıxmaq erməni xisləti üçün qəbul olunandır və bu dəfə Paşinyan bunu nümayiş etdirmiş oldu. Qaçıb Makronun qucağına sığınmağı özünə rəva bilən Paşinyan və onunla eyni ağılda olan ermənilər elə hesab edirlər ki, Fransa onlar üçün nə isə edə biləcək? Bəlkə Fransa prezidenti yenidən Qarabağı ermənilərə qaytara bilər ki, bacardıqca işğal etsinlər, dağıtsınlar? Əlbəttə ki, yox. Bunu səsləndirmək belə absurddur, çünki Fransanın da, fransızların da, şəxsən Makronun da belə bir imkanı yoxdur, ola da bilməz. Digər tərəfdən, əgər ermənilər elə hesab edirlərsə ki, Rusiyanın əlindən çıxıb Fransaya üz tutmaqla bütün dünyanı Azərbaycanla müharibəyə cəlb edəcəklər, deməli, başlarını artıq tamam itiriblər. Ona görə ki, əvvəla Ukraynaya dünya ölkələrinin yardımını presedent hesab edənlər unudurlar ki, Ermənistan Ukrayna deyil və bu cür baxışa umid edilməz. Həmçinin Fransa dünya demək deyil ki, ermənilər bu təmənnada olsunlar. Digər tərəfdən də axı dünya niyə Ermənistana, ermənilərə görə müharibə etməlidir. Yaxud silah belə ermənilərə niyə pulsuz verilməlidir axı? Hansı ölkə üçün Ermənistan yararlı, lazımlı sayıla bilər və bu ölkənin nəyi var ki, kimlər üçünsə maraqlı olsun? Ağır silahların pulunu Ermənistan verə bilərmi? Bəlkə Fransa ermənilərin əvəzinə döyüşə gedəcək, yoxsa Ermənistana pulsuz silah verər? Versə idi 44 gün ərzində verərdi və bu barədə onsuz da erməni politoloqları yetərincə danışıblar və hələ də danışırlar. Fransa Senatının qətnaməsindən bir neçə patronu üstün hesab edən ermənilər var. Bəs əgər Fransa silah verməyibsə, vermək fikri də yoxdursa, o zaman Qərb Ermənistana pulsuz silah verərmi? İndi Paşinyanın illüziyaları yenə işə düşüb və kütləni ələ almaq, daha doğrusu ələ salmaq “məharətindən” elə məharətlə də istifadə edir, amma unudur ki, bu onun üçün erməni xalqı yox bütün dünya ictimaiyyətidir və bu ictimaiyyət Azərbaycanın haqlı olduğunu çoxdan bilir də, etiraf da edir. Bir sözlə, səyləri çox mənasız və əbəsdir.
Ermənistan rəsmiləri öz ölkələrinin Qərbin qlobal mövqelərinə uyğunlaşmağı gözlədiklərini gizlətmirlər. Deməli, Ermənistan artıq əlini Rusiyadan tamamilə üzüb və indi də Qərbə qarmaq atır görək nə olur. Rusiya prezidenti Vladimir Putin dəfələrlə ermənilərin qaçıb rəqib tərəfə keçməsinin şahidi olub və indi də bunu Makrona tərəf qaçmaq istəyən Paşinyandan görür. Öz mövcudluğu dövründə bu ölkəni digərinə, onu da bir başqasına asanlıqla satan ermənilər üçün adi hala çevrilən satmaq və qaçmaq indi yenə də təzahür edir. Özü də erməni baş nazirin simasında. Bu ölkənin siyasi fiqurları, politoloqları, analitikləri belə Rusiyaya “rədd ol”, deyib Qərbin ətəyindən yapışmaq tövsiyyəsi verir öz ölkəsinin hakimiyyətinə. Paşinyan da kütlənin xoşu gəlsin deyə indi də Rusiyanın əlindən guya böyük həvəslə ayrılıb və Qərbə tərəf getmək yox, qaçmaq niyyətində, həvəsindədir. Bu da Paşinyanın növbəti qaçışıdır, amma hardan hara qaçdığını, bu qaçışının ağır, acınacaqlı nəticələri sanki bilmir, yaxud bilə-bilə vecinə almır. Görünür, hələ də erməni xalqı onun nə qədər hiyləgər bir avantürist olduğunu tam kəşf edə bilməyib, amma onun növbəti qaçışı daha ağır nəticələrə gətirib çıxaracaq, çünki Rusiya onun bu qaçışını bağışlamayacaq. Azərbaycanın da səbrinin həddi var və düşmənin hiylələrinin, təxribatçı hərəkətlərinin, öhdəliklərdən qaçması kimi yayınmalarının qarşısını alacaq dəmir yumruq yerindədir və hər an işə düşə bilər, hansıki Nikolun da, onunla eyni ağılda olanların da bundan xilas olma şansı artıq heç yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB