28 noyabr tarixdə Ağdam rayonunda 44 günlük vətən müharibəsinin şəhidi Quliyev Elçin Rövşən oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, şəhidimizin ailə üzvləri və rayon ictimayətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək onların əziz xatirələrinə dualar oxumuşlar və məktəbli şagirdlər şəhidlərimizə həsr olunmuş müxtəlif şeir kompozisiyaları söyləmiş, həmçinin rayon ziyalılarıda çıxışlar etmişlər. Daha sonra tədbir iştirakçıları Quliyev Elçin Rövşən oğlunun evini ziyarət etmişlər, şəhidimizin ailə üzvülərinin problemləri ilə maraqlanmışlar.Şəhidimizin ailə üzvüləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.Qeyd edək ki, şəhid Quliyev Elçin Rövşən oğlu Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB