Laçın “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bərpa olunacaq ŞƏRH

Laçın “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bərpa olunacaq ŞƏRH

Laçın rayonu 18 may 1992-ci ildə millətçi erməni düşmənlərimiz tərəfindən işğal olunub, 2020-ci il 1 dekabr tarixində isə Rəşadətli Ordumuz tərəfindən erməni işğalından azad edilmişdir. Аzərbaycanın bol sərvətə, mülayim iqlimə, zəngin bitki və heyvanat aləminə malik olan Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, Şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Təbiət Qarabağ torpağına bol sərvət, onun adamlarına məğrurluq, qəlbigenişlik, səmimilik, sədaqət bəxş etməyi unutmadığı kimi, sanki qonşu xəyanəti payını da ondan əsirgəməmişdir. Əlverişli təbii- coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə görə Şərq və Qərb işğalçılarının tarixən göz dikdiyi Qarabağı asılı etmək niyyətinə düşənlər bu xəyanət bolluğundan vaxtaşırı əziyyət çəkmədən istifadə etmişlər. Xalqımıza onların etdikləri ən böyük xəyanət ərəb işğalı zamanı olmuşdur. Ermənilər o zaman ərəblərə bələdçilik etdilər, özləri Azərbaycanda möhkəmlənmək üçün Alban kilsəsini qriroryanlaşdırmağa cəhd göstərdilər. IX əsrdən xalqımız tarixi tərəqi yolu ilə getdiyindən, ona qarşı erməni xəyanəti baş qaldıra bilmədi. Lakin Səfəvi dövlətinin tənəzzülü ilə erməni xilqətinin tərəqqisi başlandı. Ermənilər imperatorların saraylarına yol tapıb, Azərbaycanın işğalında onlara bələdçilik edəçəklərini, hətta lazım gəlsə, azərbaycanlilara qarşı döyüşəcəklərini vəd etdilər. Belə də oldu. Paylarını alıb əvvəl I Pyotrun qoşunlarına, sonra Nadir, sonra da Qacar qoşunlarına, təkrarən çar qoşunlarına bələdçilik etməklə Azərbaycanı təqətdən saldılar. Nəhayət, onun işğalına nail oldular. Mükafat olaraq I Nikolayın 1828 - ci il 21 mart tarixli fərmanı ilə Naxçıvan və İrəvan xanlığı ləğv edildi və "Erməni vilayətləri" adı ilə inzibati vahid yaradıldı.Beləliklə, Zaqafqaziyada erməni dövlərinin yaradılmasının iqtisadi - siyasi zəmini qoyuldu.Sonra isə Azərbaycan torpaqları hesabına indiki Ermənistan respublikası yaratdılar. Gəlmələrin Zaqafqaziyada ilkin məskunlaşması zamanı heç bir müqavimətə rast gəlməmələri, guya nə vaxtsa mövcud olmuş "Böyük Ermənistan" dövlətini dirçəltmək xülyası yaratmışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına 2021-ci ildə və 2022-ci ildə səfərlər etmiş və Su elektrik stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq, “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi və s. tədbirlərdə iştirak etmişdir.

Lacın doğma sahiblərinə qayıtmışdır. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Ağır günlər keçəcək və azad Azərbaycanın, müstəqil Azərbaycanın, zəngin Azərbaycanın vətəndaşları - gələcək nəsillər bizim bu çətin günlərimizi araşdıracaq, dərin elmi təhlildən keçirəcək və illərin uzaqlığından baxaraq bu tarixi günlərdə kimin nə işlə və necə məşğul olduğinu, kimin millət üçün kim olduğunu daha aydın, müfəssəl və daha vüsətli görəcəklər.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə