"Azərbaycanın Ermənistan üzərində inamlı qələbəsi İranı daha da aqressivləşdirdi" SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Bilirsiniz ki, İranın ikili standartları bu ölkənin Ermənistanın Azərbaycanın əzəli torpaqlarının işğal etməsinə illərdir açıq şəkildə dəstək verməsi ilə zaman-zaman gündəmə gəlib". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski deyib.

Onun sözlərinə görə, sadəcə olaraq Azərbaycanın Ermənistan üzərində inamlı qələbəsi İranı daha da aqressivləşdirdi. Onun təlaşı hər işğaldan azad edilən ərazilərin Cənab Prezidentin dilindən səsləndiriləndə hiss olunurdu ki, xüsusi naragatlıq Xudafərində Azərbaycan bayrağının sancılması ilə yaşandı. Nəhayət ölkəmiz otuz illik səbirdən sonra inamlı qələbə qazanaraq ədaləti bərpa etdi və regionda, dünyada istər siyasi, istər hərbi baxımdan mühüm aktora çevrildi, İranın isə illərdir din qardaşı dediyi Azərbaycana qarşı yürütdüyü çirkin siyasət ifşa olundu. İran müttəfiqinin məğlubiyyətindən sonra dəfələrlə hərbi təhdidlər edərək sərhəddə hərbi təlimlər keçirməyə, sərt bəyanatlar verməyə başladı. Bütün bunları o, xüsusilə Ermənistanla sərhədinin guya itirilməsindən narazılığı kimi qələmə verir. Xatırladaq ki, Tehran və İrəvan Zəngəzur dəhlizinə alternativ olaraq Şimal-Cənub marşrutu layihəsinin təşəbbüskarı olsalar da, onun həyata keçirilməsi üçün heç bir tərəfin kifayət qədər maliyyə imkanları olmadı. Bu gün isə heç kimə sirr deyil ki, İran Ermənistana pilotsuz təyyarələrini tədarük edir. Bununla da növbəti dəfə İran Azərbaycan ərazilərində terror qruplaşmalarına maliyyə və kəşfiyyat dəstəyi vermiş olur ki, deməli, o, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləyən dövlətdir. Və bu fonda, sırf ölkə başçısı İlham Əliyevin sayəsində, ölkələr arasında diplomatik münasibətlərdə hələ də ciddi problem yaşanmayıb. Bununla belə, yəqin ki, hər şeyin bir vaxtı var. Elə Birinci Qarabağ müharibəsi illərində İran İslam Respublikasının Ermənistana silah satmasına dəlalət edən çoxlu sayda faktlar var. Azərbaycanın işğal olunmuş ərazilərinin talan edilməsində İran vətəndaşlarının şərik olması faktları da var. Onlar 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra ictimailəşdi - İranın bu aşkar faktı inkar etməyə sadəcə çarəsi yox idi. Dini öz əllərində siyasətə çevirən cənub qonşumuz indiki vəziyyətində də Azərbaycana qarşı məkrli siyasət aparmaqda davam edir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə